Vicdanı ilə düşünən insan həyatının məqsədini maraqlanacaq və cavabını araşdırarkən Allahın vəhyi olan Qurana yönələcəkdir. Quranı əlinə alan biri üçün çox əhəmiyyətli nöqtə vardır: Quranı oxuyarkən də vicdanın daim oyanıq olması, hər ayənin böyük səmimiyyətlə oxunaraq həyata keçirilməsi və yaşanması lazımdır.
Quranı oxuyan insan əvvəlcə yaradılış məqsədinə də cavab tapacaq. Bu məqsəd Quranda belə bildirilir:
Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım. Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir.. (Zəriyət surəsi, 56-58)
İnsanın dünya üzərində keçirəcəyi həyatın məqsədi isə, Allahı razı edəcək yaxşı və gözəl davranışlar etməkdir. Və Allah, insanı bu məqsədlə sınayır:
Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır. (Mülk surəsi, 2)
Biz yer üzündə olan bütün şeyləri ona bəzək etdik ki, insanlardan hansının əməlcə daha gözəl olduğunu sınaqdan keçirək. (Kəhf surəsi, 7)
İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik. Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun. (İnsan surəsi, 2-3)
Bu ayələri görən insan, dünya həyatını insanları sınamaq üçün yaratdığını anlayar. Dərhal o günə qədərki həyatını və ətrafındakı digər insanların yaşadıqları həyatı gözündə canlandırar. Ətrafındakı insanların çoxu dünya həyatına başları qarışmış və çoxlu planlar qurar, amma bu planların hamısı dünya üçündür; gedəcəyi məktəb, sahib olacağı peşə, evliliyi, uşaq sahibi olması, hansı evdə yaşayacağı, hansı marka avtomobil alacağı, maaşına nə zaman, nə qədər artım gələcəyi, yeni ili harada keçirəcəyi, doğum günündə nə hədiyyə alacağı, pensiya zamanını, gedəcəyi tətil və s. Hər kəsin ağlında həmişə bu növdə planlar və hədəflər var.
I Amma maraqlıdır ki, kimsə dünyada mövcudluğunun əsl məqsədini düşünmür. Vicdanlı insan bunlara şahid olduğunda, Allah insanlara əsl məqsədlərini bildirmişkən onların bunu görməzlikdən gəlmələrinin böyük qəflət olduğunu düşünər.
İnsanı yaradan, ona can verən və onu yaşatmağa davam edən Allahdır. Və Allah insanın yaradılış məqsədini çox açıq şəkildə bildirmişdir: “Allaha qul olmaq”. İnsanı xoşbəxt edəcək olan tək şey də, yaradılış məqsədinə uyğun olaraq Allaha boyun əymək, hər şeyini Ona həsr edib yalnız Allahın razılığını qazanmaqdır. Amma insanlar bu həqiqəti heç bilmirmiş və sanki bu dünyaya yalnız dünya həyatını yaşamağa gəlmiş kimi, həyatını böyük qəflət və ehtirasla davam etdirirlər. Vicdanı ilə düşünən insan isə, insanların böyük əksəriyyətinin bu əhəmiyyətli həqiqətə qarşı təhlükəli laqeydlik yaşadığını görər. Beləcə ətrafındakıların özü üçün meyar ola bilməyəcəyini, “amma insanların əksəriyyəti belə edir” deyərək insanlara uymasının Allahın Kitabına uymasını əngəlləyəcəyini qavrayar və özünə rəhbər olaraq Quranı təyin edər.

