Dünya həyatındakı bütün zövqləri mənimsəyənlər

Dünyanın hər yeri saymaqla bilməyəcək gözəlliklərlə doludur

Dünyanın hər yeri saymaqla bilməyəcək gözəlliklərlə doludur. Lakin bir çox insan bu gözəlliklərdən xəbərsizdir. Öz dərdlərinə, sıxıntılarına qərq olmuş, bunların ağırlığına görə ətrafında baş verən sevinəcək, zövq alınacaq hadisələri, gözəllikləri görə bilməyəcək vəziyyətə gəliblər. Onlardan soruşsanız; həyatın “sərt və çətin yoxuş” olduğundan, özlərinin də bu sərt yoxuşu aşmaq üçün böyük “həyat mübarizəsi” apardıqlarından bəhs edərlər. Həyatı həmişə “çətinlik və mübarizə meydanı” kimi ifadələrlə təsvir edərlər. Bu həyat mübarizəsinin səbəb olduğu bezginlikdən və yorğunluqdan danışarlar. “Artıq yaşamaqdan bezdim”, “artıq heç nədən zövq ala bilmirəm” kimi cümlələri demək olar ki, hər gün, hər söhbətlərində işlədərlər. Hətta bu bezginlikdən ötrü bəziləri həyatın heç bir mənası qalmadığını deyib, bu vəziyyətdən xilas olmaq üçün ölməyi istəyir, intihara qədər aparan hərəkətlər edirlər.

Halbuki əslində dünya həyatı, bu insanların təsvir etdikləri və yaşadıqları şəkildə olmaq məcburiyyətində deyil. Əlbəttə ki, dünya həyatı bir çox çatışmazlıq, insanlar isə, bir çox acizliklə yaradılmışdır. Lakin bu çatışmazlıqlar və acizliklərə etiraz etməyin yolu “həyat mübarizəsi aparmaq” deyil. Allah insanlara çıxış yolunu Quranla bildirmişdir. Çıxış yolu yalnız iman gətirməkdir. Allah: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq” (Nəhl surəsi, 97) ayəsi ilə “iman gətirən insanlar üçün” dünyada “gözəl həyat” olduğunu bildirir.

Dünya, çatışmazlıqlarla yanaşı, saymaqla bitməyəcək qədər çox nemətlə doludur. İman gözü ilə baxanlar üçün dünya həyatının maddi və mənəvi zövqləri bitib-tükənmək; hər şəraitdə, hər mühitdə yüzlərlə gözəllik görülə bilər və bütün bunlardan böyük zövq alına bilər.

Allahdan uzaq yaşayan insanlar, bu zövqlərin bir çoxunu yaşamırlar. Çünki görə bildikləri gözəlliklərin və əllərindəki nemətlərin zövqünü, inkar ruhunun qaranlığı ilə çoxdan mənimsəyiblər. İmandan uzaq həyata davam etdikcə, ömürlərinin geri qalan hissəsini də, bu itki ilə keçirəcəklər. Həyatına həmişə bezginlik, boşluq və məhrumluq hakim olacaq. Günlər, aylar, illər keçəcək, lakin onlar ətrafındakı saysız gözəlliyi ya görə bilməyəcək, ya da görsələr belə bunlardan lazımı qədər zövq ala bilməyəcəklər. Həmçinin yaşadıqları sıxıntı dünya həyatı ilə də məhdudlaşmayacaq.

Allahın Quranda: “İnkarçılar Odun qarşısına gətiriləcəkləri gün onlara deyiləcəkdir: “Siz dünya həyatınızda bütün gözəl nemətlərinizi və zövqlərinizi mənimsətdiniz, onlarla yaşayıb zövq aldınız. Bu gün isə siz yer üzündə haqsız olaraq təkəbbür göstərdiyinizə və fasiqlik etdiyinizə görə alçaldıcı əzabla cəzalandırılacaqsınız!” (Əhqaf surəsi, 20) ayəsi ilə bildirdiyi kimi, dünyada olarkən zövqlərini mənimsətdikləri kimi, axirətdə də sonsuza qədər bu zövqlərdən məhrum qalacaqlar

Halbuki heç bir insan, nə dünyada, nə də axirətdə bu cür vəziyyətdə qalmaq, belə qarşılıq almaq istəməz. Tam əksinə, Allahın ona dünyada və axirətdə verdiyi imkanları ən gözəl, ən çox zövq alaraq yaşamaq istəyər. Həmçinin əslində insanların bu istəklərinə nail olmaları da (Allah istədiyi təqdirdə) olduqca asandır.