“Dünya həyatına razı olmaq” insanın axirət həyatını nəzərə almadan bütün planlarını yalnız dünya həyatına görə qurması və yalnız bu dünya üçün yaşaması deməkdir. Belə insanlar təxminən altmış-yetmiş il davam edən dünya həyatını sonsuz axirət həyatından üstün tutarlar. Dünya minlərlə nöqsan və çatışmazlıqla dolu olduğu halda, cənnətdə qüsursuz və əbədi bir həyatın olduğunu unudarlar. Dünya həyatını yaxın, axirət həyatını isə uzaq gördükləri üçün, ilk növbədə, öz düşüncələrinə görə dünyanın ləzzətlərindən faydalanmaq istəyərlər.
Lakin onların buradakı ən böyük yanlışı, dünya həyatını yaşayarkən axirət üçün heç bir hazırlıq görməmələridir. Halbuki axirəti hədəf seçən insanlar həm dünya həyatının nemətlərindən, həm də cənnətin gözəlliklərindən faydalanacaqlar. Yalnız dünya həyatına razı olanlar isə təkcə dünyadan faydalanacaq, lakin axirətdə əzabla qarşılaşacaqlar.
Quranda dünya həyatına razı olanların alacağı qarşılıq belə bildirilmişdir:
Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb onunla rahatlıq tapanlar və ayələrimizdən xəbərsiz olanların – məhz onların qazandıqları günahlara görə sığınacaqları yer Oddur. (Yunis surəsi, 7-8) o insana bir faydası olarmı?

