Dünya insanların sınaqdan keçirilməsi və axirət yurduna hazırlanması üçün Allahın xüsusi olaraq yaratdığı bir məkandır. Bu sınağın tələbi olaraq isə dünya insanlara cazibədar görünəcək şəkildə bəzədilmişdir. Dünyanın insana cazibədar gələn zinətləri bir ayədə belə bildirilir:
Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah yanındadır. (Ali İmran surəsi, 14)
Ayədə də qeyd edildiyi kimi, müxtəlif zinətlər, mallar, qazanc gətirən ticarət, gözəl və varlı həyat yoldaşı, sağlam övladlar, gözəl evlər, müxtəlif növ nəqliyyat vasitələri və saysız-hesabsız nemətlər insanı dünyaya bağlayan dəyərlərdir. İnsan bunların Allah tərəfindən verilmiş nemətlər olduğunu, hamısının müvəqqəti olduğunu və ayədə bildirildiyi kimi “gözəl qayıdış yerinin” axirət olduğunu unutmamalıdır.
İnsan ona verilən bu nemətləri dünyada məsuliyyətsizcə xərcləyərək deyil, onları axirətə hazırlıq üçün istifadə etməlidir. Məhz bu əhəmiyyətli həqiqətin şüuru ilə yaşayan insanlar dünya həyatına qapılmazlar.

