Dünya həyatı müvəqqətidir

Dünya həyatının müvəqqəti bir yer olduğunu Allah Quran ayələrində bizə bildirir və əsil

Dünya həyatının müvəqqəti bir yer olduğunu Allah Quran ayələrində bizə bildirir və əsil həyatın axirət yurdu olduğunu xəbər verir. Dünyada müxtəlif hadisələrlə sınanan və bir gün ölümlə qarşılaşan insan üçün axirət həyatı başlayır. İman edənlər öləcəkləri zaman, qətiyyən əziyyət çəkməyəcəyi Quranda bizə bildirdiyi kimi, yuxudan rahat oyanacaqlar. Ölümlə birlikdə başlayan axirət həyatı, sonu olmayan bir həyatdır. İnsanın sonsuz həyatı olan axirət həyatında ruhu yox olmayacaq. Allah bizim üçün bir çox neməti yaradandır. Dünya həyatını da, cənnət kursu olaraq yaratmışdır.

Onlar mələklərin: “Sizə salam olsun! Etdiyiniz (yaxşı) əməllərə görə cənnətə daxil olun!” – deyərək tərtəmiz olduqları halda canlarını aldıqları kimsələrdir. (Nəhl surəsi, 32)

Allah insanlara qarşı mərhəmət sahibidir. Mükafat verərkən qat-qat, səxavətlə verər. Allah heç kəsə haqsızlıq etməz. Qurandan öyrəndiklərimiz əsasında cənnəti tanıtmaq üçün belə bir nümunə vermək olar. Çox gözəl mənzərəli yerlərə getmiş və ya filmlərdə heyranlıq oyandıran məkanlar görmüsünüz. Qətiyyən ayrılmaq istəmədiyiniz yerlər və ya bitməsini qətiyyən istəmədiyiniz yeməklər olmuşdur. Cənnət bütün bu gördüklərinizdən daha gözəl, hətta onlarla müqayisə edilə bilməyəcək qədər gözəl bir yerdir. Cənnətdəki yeməklər dünyadakı heç bir yeməklə müqayisə edilə bilməyəcək qədər ləzzətli və gözəl görünüşlüdür. Dünyadakı bütün gözəllikləri yaradan Allah ayələrdə, səmimi iman edən müsəlmanlar üçün axirətdə daha gözəlini hazırladığını deyir.

Dünyadakı çətinliklər cənnətdəki gözəllikləri daha yaxşı qavramağımızı təmin edər. Dünyada bir çox çətinlik yaşayarıq. Xəstə olarıq, hərarətimiz yüksələr, bəzən bir yerimiz qırılar, çox üşüyərik və ya istidən təngə gələrik. Hər gün başımıza daha çox sıxıntı verən hadisələr gələ bilər. Mədəmiz narahat olar, yaşlandıqca dərimiz korlanar, qırışar.

Allah xüsusi olaraq dünya həyatında bu cür acizliklərlə yaratmışdır. Bunların heç biri cənnətdə yoxdur. Dünyadakı nöqsanlar düşünüldüyü vaxt, cənnətin nə qədər böyük mükafat olduğu daha yaxşı aydın olur. Əgər insan öləndən sonra cənnətə gedərsə bütün bu çətinliklərdən xilas olar.

Cənnət insanın ən çox zövq alacağı, ən çox xoşlayacağı nemətlərlə hazırlanmışdır. Dünyadakı hər bir insanın yeyib-içdiyi gözəl şeylərdən ən yaxşısı və gözəli, ən mükəmməli orada hazır vəziyyətdədir. Cənnətdə insan heç vaxt üşüməz, xəstə olmaz, kədərlənməz, qorxmaz, yaşlanmaz. Ətrafında heç bir pis insan olmaz. Cənnətdə hər kəs bir-biri ilə gözəl sözlərlə danışar. Söyüş işlətməz, əsəbiləşib qışqırmaz, bir-birinin qəlbini sındırmaz. Ruh sahibi insanların hamısı orada bir-birlərinin dostudurlar.

Allah Quranda, cənnətdə çox gözəl və böyük köşklər olduğunu, insanların böyük sevinc və xoşbəxtlik içində yaşadığını, insanların bütün istədiklərinin reallaşdığını xəbər verir. Əslində bütün bu yazdıqlarım və sizin bunları oxuyarkən düşündükləriniz cənnətdəki gözəllikləri anlatmağa kifayət etməz. Bunlar insanın ağlına gələn bir neçə gözəllikdir, halbuki cənnətdəki bənzərsiz gözəlliklər heç bitməz.

Allah bir ayəsində, insanın istəyəcəyi hər şeyin və daha çoxunun da ona cənnətdə veriləcəyini bildirmişdir. Ürəyinizin istədiyi bir şey düşünün və ya getmək istədiyiniz bir yeri. Cənnətdə bütün bu istədikləriniz Allahın icazəsi ilə bir anda olacaq. Allah bir ayədə cənnətdən belə bəhs edir:

…Orada sizin üçün nəfsinizin çəkə biləcəyi hər şey hazırlanmışdır. Orada istədiyiniz hər şey vardır. (Fussilət surəsi, 31)

Quranda cənnətdəki sonsuz gözəlliklərdən bəhs edən ayələrdən bir neçəsi belədir:

Təqva sahiblərinə vəd olunan Cənnətin xüsusiyyəti belədir; orada xarab olmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir… (Məhəmməd surəsi, 15)

İman gətirib xeyirxah işlər görənləri ağacları altından çaylar axan Cənnətdəki yüksək köşklərinə yerləşdirəcəyik. Onlar əbədi olaraq orada qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir! (Ənkəbut surəsi, 58)

Onlar Ədn bağlarına daxil olacaq, orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcəklər. Libasları da ipəkdən olacaqdır. (Fatir surəsi, 33)

Həqiqətən də Cənnət əhli bu gün nemətlər içində sevinc və xoşbəxtlik dolu məşğuliyyət içindədirlər. Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənmişdirlər. Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır. (Yasin surəsi, 55-57)

Dolu budaqları bükülmüş gilas ağacları, üst-üstə düzülmüş meyvələri sallanan banan ağacları, uzanmış kölgəliklər, daimi axan sular və daha bir çox meyvələr içində olacaqlar, özü də tükənməz və qadağan edilməyən meyvələr. Eləcə də, hündür yerlərə sərilmiş döşəklər üstündə olacaqlar. (Vaqiə surəsi, 28-34)

Allah cənnətə girməyə layiq olan insanların sonsuza qədər orada qalacaqlarını da ayələrində bildirir. Bir ayədə belə buyurulur:

İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik (Əraf surəsi, 42)

Cənnətdəki ən böyük nemət isə, əlbəttə ki, Rəbbimizin sevgisini qazanmış olmaqdır. Bunu bilmək və hiss etmək, insanın yaşaya biləcəyi ən böyük sevinc və rahatlıqdır.