Dünya həyatı əslində çox qısadır

Dünya həyatı əslində çox qısadır

Allah dünyanı insanları sınamaq üçün yaratmışdır. İmtahanın gərəyi olaraq hər insana bəzən bolluq və gözəllik, bəzən də şiddətli çətinliklər verər. Hadisələri Quranda bildirilən həqiqətlərə görə qiymətləndirməyən insanlar çətinliklər qarşısında nə edəcəklərini bilməz, ümidsizliyə düşərlər.

Yaşanan vəziyyət nə qədər həll edilməsi çətin kimi görünürsə də, Allah möminlər üçün mütləq o vəziyyətdən çıxmağı asanlaşdıracaq, çətinliyi yüngülləşdirəcək səbəb yaratmışdır. Mömin gözəl səbirlə səbir etdikdə və səbrində dayanıqlılıq göstərdikdə, bütün çətinliklərlə birlikdə Allahın asanlıq verdiyini görəcək. Allah Ondan qorxub çəkinən qullarına yol göstərəcəyini, onları nemətləndirəcəyini müjdələmişdir:

…Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur. (Talaq surəsi, 2-3)