İnsanların içinə düşdükləri və düşünmədikləri ən əhəmiyyətli yanılmalardan biri, dünya həyatını tək və həqiqi həyatları zənn etmələridir. Halbuki, dünya Allahın insanları sınamaq üçün yaratdığı keçici bir məkandır. Həqiqi olan ölümdən sonrakı həyatdır. Bu səbəbdən, tez keçən və çox qısa olan dünya həyatında insanları cəzb edən, onları özünə qapdırıb başlarını qatan hər şey “aldadıcı bir bəzək”dir. Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah yanındadır (Ali İmran surəsi, 14) ayəsində göründüyü kimi, Allah insanları bu aldadıcı bəzəyə qarşı xəbərdar edir və əsil gözəl yerin Allah Qatında olduğunu xatırladır.
Dünya həyatı aldadıcı bəzəkdir

