Nəsr surəsi: “Allahın köməyi və fəth gəldiyi zaman”. Bu nədir? İslamın dünya hakimiyyətidir. Allahın köməyi Mehdidir, Mehdi və tələbələridir və fəth gəldiyi zaman, arxasınca da İslamın hakimiyyəti, o gəldiyi zaman.
“İnsanların Allahın dininə dalğa-dalğa girdiklərini gördüyündə” Amerikanın, Rusiyanın, Fransanın kütlələr halında İslam dininə girdiklərini gördüklərində, “dalğa-dalğa” deyir. Yəni zaman periodları içində toplu şəkildə insanların iman etdiklərini gördüyündə. Bu, Axırzamanda olan bir şeydir, inşaAllah. Peyğəmbərimizin (s) zamanına da işarə edir, həm də Axırzamana da işarə edir. “Dərhal Rəbbini həmd ilə təsbeh et”. Bunu gördüyündə həmd et deyir. Bu ibadətdir. Zəfər varsa, müsəlman həmd edəcək.
“Və ondan bağışlama dilə”. Bağışlanma dilə. “Çünki O, tövbələri çox qəbul edəndir. “Yəni Axırzamanda o zaman müsəlman çox Əstağfirullah deyəcək, çox Əlhəmdülillah deyəcək, Allahu Kəbir deyəcək. Allah təsbihata diqqət yetirəcəksiniz deyir. Allah təsbehlə, tövhidlə hakim olacaqsınız deyir. Yəni Allahı xatırlayaraq.
Axırzaman hədisində deyir, Mehdi Allahı xatırlayaraq İstanbulu fəth edər. Təkbirlərlə fəth edər deyir. Allahı xatırlayaraq, Romanı da fəth edər deyir, dünyanı da fəth edir. Təsbehlərlə. Ayədə deyir, “Dərhal Rəbbini həmd ilə təsbeh et”. Yəni Allah deyir, mübarizədə metod budur. “Ondan bağışlama dilə”. Əstağfirullah de, deyir. “Çünki o tövbələri çox qəbul edəndir.”

