Allah yer üzünü insanların xoşuna gələcək bir çox nemətlə təchiz etmişdir. Və bu nemətləri istədikləri kimi istifadə edə biləcəklərini bildirmişdir. Ancaq bununla yanaşı bu nemətlər üçün şükür edici olmalarını və dünya ehtirasına qapılaraq axirəti unutmamalarını da xatırlatmışdır. Çünki insanların dünyada yaşadıqları həyat həqiqi həyatları deyil. İnsanların həqiqi həyatı ölümlə birlikdə başlayan və sonsuza qədər sürəcək olan axirət həyatıdır. Buna görə axirəti unudub 50-60 illik dünya həyatı üçün ehtirasa qapılmaq böyük qəflətdir.
Necə ki, axirəti unudan insanlar, həm dünyadakı bir çox gözəllikdən, həm də axirət nemətlərindən məhrum qalarlar. Bu məhrumiyyətin dünyadakı ilk təsirləri isə insanın ağlı üzərində görülər. Dünyaya ehtirasla bağlanan insanlar, həqiqi yaradılış məqsədlərini, Allaha qarşı olan məsuliyyətlərini, ölümü və sonrasını gərəyi kimi qiymətləndirə bilməyəcək və doğru düşünə bilməyəcək hala gələrlər.
Səhv mühakimələrinə görə pul, mal-mülk kimi maddi dəyərlərin, gözəlliyin, şan-şöhrət və etibarın, geridə qalanlara mal və ad olaraq bir şeylər buraxa bilmənin, həyatın əsl məqsədi olduğunu sanaraq, bütün ömürünü bu dəyərləri əldə etmə uğrunda sərf edərlər.
Məsələn illərlə cəmiyyətin gözündə yaxşı bir yer əldə edə bilmənin, insanların məmnuniyyətini qazanmanın yollarını axtarar, amma bir an olsun özlərini yaradıb həyat verən, önlərinə hesabsız ruzi və nemət təqdim edən, hər işlərində onlara kömək edən Rəbbimizə şükür etmələri lazım olduğunu düşünməzlər. Ya da hər kəsdən daha varlı ola bilmək üçün dincəlmədən işləyər, yeni layihələr dalınca qaçaraq keçirər, amma bu zənginliyi Allahdan bilib, Ona qulluq etməyə vaxt ayırmazlar.

