Dünya həyatı aldadıcı bəzəkdir deyərkən tam olaraq nə nəzərdə tutulur?
İnsanların içinə düşdükləri və düşünmədikləri ən əhəmiyyətli yanılmalardan biri, dünya həyatını tək və həqiqi həyatları zənn etmələridir. Halbuki, dünya Allahın insanları sınamaq üçün yaratdığı keçici bir məkandır. Həqiqi olan ölümdən sonrakı həyatdır. Bu səbəbdən, tez keçən və çox qısa olan dünya həyatında insanları cəzb edən, onları özünə qapdırıb başlarını qatan hər şey “aldadıcı bir bəzək”dir.
“Qadınlara, uşaqlara, qızıl-gümüş yığınlarına, yaxşı cins atlara, mal-qaraya və əkin sahələrinə qarşı nəfsani istəklər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının (müvəqqəti) mənfəətləridir. Ən gözəl dönüş yeri Allah dərgahındadır.” (Ali İmran surəsi, 14)
ayəsində göründüyü kimi, Allah insanları bu aldadıcı bəzəyə qarşı xəbərdar edir və əsil gözəl yerin Allah Qatında olduğunu xatırladır.
