Allaha necə dua edilər? Duanın müəyyən bir yeri, Zamanı Və Ya Şəkli Vardırmı?
Allaha dua etmənin müəyyən bir yeri, şəkli və ya zamanı yoxdur. Allah bizə şah damarımızdan da yaxındır və hər ağlımızdan keçəni, hər düşündüyümüzü, zehnimizi, hər şeyimizi bilir və görür. Bu səbəblə hər an, yolda gedərkən, bir işi edərkən, yemək yeyərkən, oturanda da, ayaq üstə olanda da Allaha dua ilə yönələ bilər, Ondan yardım istəyə bilərik.
Allah dua edən adamın rəftarının necə olmalı olduğunu isə Quranda belə bildirir:
“Rəbbinizə yalvarıb yaxararaq və gizlicə dua edin! …” (Əraf surəsi, 55)
Əsl əhəmiyyətli olan, duanın, yalnız Allaha yönələrək edilməsi və səmimi olmasıdır.
