Dua, taleyi dəyişməz. Dua da taleyin içindədir, amma bəzən Allah duanı taleyin içində bir gözəllik üçün saxlayar. Əvvəlcə dua etdirər, sonra şəfa verər. Yəni dua ilə şəfa birlikdə yaradılar.
İnsan qəlbindən gəldiyi kimi dua etməlidir. Əzbərə dua edilmir. Dua, Allahın ruhumuza ilham etdiyi kimi könüldən, səmimi şəkildə, içdən gələn bir hiss ilə edilir.
Allaha qəlbən dua edən hər kəs xoşbəxt olar. Allahın böyüklüyünü səmimi şəkildə dərk edərək dua etmək vacibdir. Böyüklük sadəcə sözlə deyil, anlayaraq, düşünərək dua edilməlidir.
Dua, Allaha olan sevgimizi göstərmək üçün Allahın lütfü olan bir nemətdir. İnsanın Allah ilə danışmağa, Allaha olan dərin eşqini göstərməyə ehtiyacı vardır. Dua bu ehtiyacın həyata keçməsidir.
Rəbbinizə yalvarıb yaxararaq və gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevməz. (Əraf surəsi, 55)
