Dr. Jeffrey Lang: “Namazlarınızı əsla təxirə salmayın”

Namazlarınızı axsatmayın. Namazlarınızı təxirə salmayın. Namazlarınızı təxirə salsanız geri addım atmış olursunuz. Və sonra daha əvvəl olduğunuz yerə geri qayıtmağa məcbur olarsınız. Hər gün namazınızı buyurulduğu kimi qılın və yavaş amma əmin addımlarla mənəviyyatınızda bir irəliləmə olduğunu fərq edəcəksiniz. Fərq edəcəksiniz ki, bu performansla namazlarınızdakı gözəllik, huşu artacaq. Əgər namazlarınızı, üç il əvvəlki namazlarınızla müqayisə etsəniz, görəcəksiniz ki, indi əvvəlkinə görə namazınızda daha möhtəşəm bir şey var. Təbii ki, eyni zamanda bir müsəlman kimi yaşamağa çalışırsınızsa, səmimiyyətlə başqalarına qarşı təvazökar və şəfqətli olmağa çalışırsınızsa, səmimi olmağa, qonşunuza qarşı ədalətli olmağa çalışırsınızsa, ədalətli və dürüst biri və s. və s. olmağa çalışırsınızsa, amma hamısından əhəmiyyətlisi namazlarınızı axsatmayın. Çünki onda çox geriləmiş olursunuz. Və təkrar başlamağınız lazımdır. Açığı bilmirəm bəlkə birinci addıma geri qayıda bilməzsiniz amma amma mütləq geriyə gedəcəksiniz. Və özünüzü yenidən toplamağınız lazım olacaq. Ən azından mənim gördüyüm vəziyyət budur.