Dovşanlar yerin altında qazdıqları yuvalarda yaşayırlar

Sizcə bir dovşana “ən çox nə yeməyi sevirsən?” deyə soruşsaq bizə nə cavab verər?

Sizcə bir dovşana “ən çox nə yeməyi sevirsən?” deyə soruşsaq bizə nə cavab verər? Bəli, “kök” deyər. Yaxşı, dovşanların yeraltında qazdıqları yuvalarda yaşadıqlarını, köklərin də tam onların yerin altındakı həyatına uyğun şəkildə yerin altına doğru böyüdüklərini düşünmüsüz? Köklər dovşanların qidalanma ehtiyaclarını qarşılamalarına ən uyğun şəkildə yaradılmışlar.

Allah canlılara yemək-içmək ehtiyaclarından başqa həyatını asanlaşdıracaq, başqa bir çox xüsusiyyət vermişdir. Yer üzündə fərqli xüsusiyyətlərə sahib növbənöv dovşanlar var. Məsələn, soyuq bölgələrdə yaşayan dovşanlar ümumiyyətlə ağ rənglidir. Bu onların qar üstündə sezilməmələri və asanlıqla gizlənmələri üçün verilən əhəmiyyətli bir xüsusiyyətdir. Bundan əlavə digərlərinə görə daha böyük olan çöl dovşanların ayaqları və qulaqları daha uzundur. Çöllərdə yaşayan Amerikan dovşanının isə iri qulaqları var. Bu qulaqlar dovşanın sərinləməsinə kömək edər.

Heyvanların çoxu təbiətdə özləri üçün təyin etdikləri bölgələrdə həyatını davam etdirərlər. Bunu insanların özlərinə və ailələrinə məxsus evlərdə yaşamalarına bənzədə bilərik. Heyvanlar və heyvan sürüləri, ümumiyyətlə, digərlərinin yaşadıqları bölgələrə girməməyə diqqət göstərərlər. Heyvanlar öz yaşayış bölgələrini təyin etmək üçün “qoxu ifrazetmə “ üsulundan istifadə edərlər. Məsələn, ceyranlar öz bölgələrini təyin etmək üçün uzun nazik budaqlara və otlara dərhal gözlərinin altındakı vəzilərdən ifraz olunan və qətran iyi verən bir maddə buraxarlar. Bu qoxu digər ceyranların bölgənin bir sahibi olduğundan xəbərdar olmalarını təmin edər. Şimal marallarının isə, arxa ayaqlarının ucunda qoxu vəziləri var. Bu vəzilərdən ifraz olunan qoxu bölgələrini işarələmələrinə kömə edir. Dovşanlar da çənələrindəki vəziləri ilə bir qoxu buraxaraq bölgələrini işarələyərlər.