Dövrümüzün xəstəliyi: Təvəkkülsüzlük

Bu gün dünyanın ən böyük problemlərindən biri stressdir

Bu gün dünyanın ən böyük problemlərindən biri stressdir. İnsanların fiziki və zehni güclərini zəiflədən, onları bədbəxt, şövqsüz, halsız hala salan, hətta xəstə edən bir xəstəlik. Bu xəstəlik insanın həyata neqativ baxmasına, həyat eşqinin azalmasına, bədbinləşməsinə səbəb olan, psixoloji gərginlik halı olaraq bilinir. Dünyada ciddi xəstəlik kimi qəbul edilməsə də həll yolu Quranda axtarılmadıqda insanı ölümə qədər apara biləcək qədər ciddi xəstəlikdir.

Stress insan orqanizminə necə təsir edir?

  • Zehni və fiziki gücü azaldır
  • Bədbin ruh halına gətirib çıxarır
  • Yorğunluq, gücsüzlük və narahatlığa səbəb olur
  • Diqqət dağınıqlığı və fikri toplamada çətinlik yaradır
  • Panik ataka səbəb olur
  • Dözümsüzlük yaradır
  • Kefsizlik meydana gəlir
  • Depressiyaya səbəb olur
  • Tez əsəbləşən aqressiv hala səbəb olur
  • İmmun sistemini zəiflədir, tez xəstələnməyə səbəb olur
  • Çox yemək yeməyə səbəb olur
  • “Rahatlıq” adı altında zərərli vərdişləri (içki, siqaret, narkotika) olur
  • Ürək döyüntüləri artır
  • Nəfəs çatışmazlığı və udqunma çətinliyi meydana gətirir
  • Yuxu problemi yaradır
  • Baş ağrısına səbəb ola bilər
  • Yüksək təzyiqə, dolayısilə də infarkt riskinin artmasına səbəb olur
  • Stressin müddətinin artması ilə birlikdə əzələ və sümüklərdə itkilər yaranmağa başlayır.

Stressin insan üzərində daha bir çox mənfi təsirləri var. Stress problemini insanlar texniki yollarla həll etməyə çalışırlar. Halbuki stress və yaratdığı təsirlərin hamısı əslində insanın Allahın göstərdiyi yola tabe olmamasının nəticəsidir. Çünki stress, yəni insanın özünü təzyiq altında hiss etməsi, həyatındakı hər şeyin nəzarətinin öz əlində olduğunu zənn etməsinin nəticəsidir.

Bir anlıq düşünün… Tək gücün Allahın olduğunu və talenin yaşandığının fərqində olmayan insana, “Bütün məsuliyyət səndədir. Bütün nəzarət təkcə səndədir. Tək başına bu həyatın öhdəsindən gəlməlisən” deyilsə, ona necə təsir edər? Bu ağır yük, yəni stress insanın, həyatın bütün çətinliklərinin öz çiyinlərinə düşdüyünü və sonu bəlli olmayan yolda dəlicəsinə mübarizə aparıb qalib gəlməli olduğunu zənn etməsinin nəticəsidir. Halbuki Allah Quranda insanların başıboş buraxılmadıqlarını və hər şeyin müəyyən edilmiş bir tale ilə baş verdiyini bir çox ayədə bildirir. Məsələn, bu ayələrin birində Allah “İnsan özbaşına buraxılacağınımı zənn edir?!” (Qiyamət surəsi, 36) deyə xəbər verir. Yenə başqa bir ayədə “Şübhəsiz ki, Biz hər şeyi tale ilə yaratdıq.” (Qamər surəsi, 49) deyə bildirir.

Bəli, insan dünyada başıboş buraxılmış varlıq deyil. Allah hər insanı öz taleyi ilə yaratmışdır. Təkcə insan deyil, bütün kainat tale ilə yaradılmışdır. Dolayısilə dünyada baş verən, mənfi və ya müsbət kimi görünən hər hadisə anbaan bu taleyə tabedir və Allahın nəzarətindədir. Biz gələcəyi və gələcəkdə olacaq hadisələri bilmirik, ancaq Allah bilir. Bu səbəbdən Allahın hər şeyi bir tale ilə yaratdığına və nəticənin də mütləq bizim üçün xeyirli olacağına səmimi şəkildə inandığımızda o zaman dünyadakı həyatımızı rahat yaşamağımız üçün bütün şərtlər də meydana gəlmiş olur.

Məsələn, insana “Sabun və su səni təmizləyir, palçıq isə çirkləndirir” məlumatı verilib. İnsan buna qəti şəkildə inanır və əksini əsla düşünmür. Əlini su ilə sabunladığında tərtəmiz olduğuna tam inanır. Su ilə bir meyvəni yuduqda o meyvənin yeyilə biləcək qədər təmiz olduğuna şübhə etmir. İnsan bu tip məlumatlara bir növ iman gətirir və əksini düşünmür. Halbuki suyu, sabunu yaradan, onları təmiz yaradıb xidmətimizə verən Allahdır. Bizə onların təmiz olduqlarına, bizdə təmizlik meydana gətirdiklərinə dair hissi verən də Allahdır.

Eynilə bu şəkildə, insanın Allaha imanı çox qəti və güclü olmalıdır. Allah bu dünyanı Özünün yaratdığını milyonlarla dəlillərlə bizə təqdim edir. Bu səbəbdən başlanğıc anımızdan son anımıza qədərki halımızı sonsuz keçmişdə bildiyini və hər anımıza tam hakim olduğunu bildirdiyində də buna heç bir şübhə etmədən inanmaq lazımdır. O zaman stressi meydana gətirən bütün səbəblərin bir anda yox olduğunu da görərik. Çünki stress Allaha güvənməməyin insanlara gətirdiği böyük bəladır. İnsan Allaha lazımi kimi güclü imanla bağlanmadığında, bu ona gücsüzlük, qorxu, stress, narahatlıq, əsəb, gərginlik, panika, bədbəxtlik kimi bəlalarla geri dönəcək və əsəb, fiziki xəstəliklər kimi problemlərin meydana gəlməsinə zəmin yaranacaq.

Unutmayın ki, stressin yeganə dərmanı Allaha tam güvənmək, yəni təvəkkül etməkdir. İnsan güclü imana sahib olarsa, sanki üzərindən beton divar qalxmış kimi həm zehni, həm də fiziki olaraq rahat olacaq, bu funksiyalarını ən gözəl şəkildə istifadə etməyə başlayacaq.