Dövlət və Quran əxlaqı

Quran əxlaqına tabe olmağın dövlət sisteminə gətirdiyi faydalar nələrdir?

Allah Quranda itaət etməyi məqbul bir əxlaq olaraq göstərir.

Quran əxlaqına sahib bir insan da qəti olaraq dövlətinə qarşı itaətli və hörmətli olar.

Belə cəmiyyətlərdə hər kəs dövlətin və millətin rifahı üçün çalışar.

Dövlətə qarşı çıxmaz, əksinə maddi və mənəvi dəstək təmin edər.

Allahdan qorxan insanların meydana gətirdiyi cəmiyyətlərdə məhkəməlik hadisələr demək olar ki, heç olmaz.

İndiki cəmiyyətlərdə yaşanan hadisələrin mində biri belə yaşanmaz.

Dövlət rəhbərliyi çox rahatlayar.

Anarxiya, terror, fitnə-fəsad, cinayət kimi hadisələrlə məşğul olmaq məcburiyyətində qalmayacağı üçün dövlətin bütün gücü ölkənin daxildə və xaricdə inkişafı və güclənməsi üçün sərf edilər.

Bunun nəticəsində də çox güclü bir dövlət yaranar.