Peyğəmbərimiz həyatda ikən hədislərin yazılmasını qadağan etmişdir. Peyğəmbərimizin vəfatından sonra da dörd xəlifə olan Hz. Əbubəkr, Hz. Ömər, Hz. Osman və Hz. Əli hədis nəqlinə qarşı çıxmışdır. Eyni zamanda İbni Abbas və Abdullah ibn Məsud adındakı məşhur səhabələr də hədis nəqlinə qarşı çıxmışlar.
Hz. Əbubəkrin xəlifəliyi dövrü:
Əbubəkir, Peyğəmbərimizin vəfatından sonra xalqı toplamış və onlara belə demişdir: “Sizlər Allahın elçisindən fərqli hədislər nəql edirsiniz. Bu vəziyyətdə sizdən sonrakılar daha böyük anlaşılmazlıqlara düşəcək. Allahın elçisindən heç bir hədis nəql etməyin. Sizdən hədis nəql etmənizi istəyənlərə dəyin ki: Allahın Kitabı aramızda, onun halalını halal qılın, haramını haram görün.” (Zehebi, Tezkiratul Huffaz 1/3; Buxari 1-ci cild)
Görüldüyü kimi ilk xəlifə Hz. Əbubəkir, Qurandan kənar başqa bir qaynaq ortaya çıxmaması barədə bunları yazmışdır: “Heç bir hədis nəql etməyin.” Diqqət yetirin “Bu qədər şahid olsa, bu hallar da olsa, doğru hədisi toplayın, yalanı atın, geriyə doğrusu qalsın…” kimi sözlər deməmiş, qəti şəkildə hədis nəql edilməməsini istəmişdir. Hz. Əbubəkir dövründə yaşayanların çoxunun Peyğəmbərimizi görənlər olduğunu və Peyğəmbərimizin bir çox sözünün ən təzə dövrü olduğunu düşünsək, Hz. Əbubəkirin bu mövzudakı rəftarı daha da mənalı olar.
Hz. Ömərin xəlifəliyi dövrü
Hz. Ömər digər şəhərlərdəki səhabələrə də məktublar yazaraq əllərində yazılı olan hədis məcmuələrini yox etmələrini istədi. (İbni Abdül Berr, Camiul Beyanil Elm)
Hədislər, Ömər dövründə çoxalmışdı. Ömər xalqdan əllərində yazılı olan hədis səhifələrini gətirmələrini istədi. Sonra bunların yandırılmasını əmr edərək bunu dedi: “Kitab Əhlinin Mişnası kimi müsəlmanların Mişnasıdır bunlar.” (İbni Sad, Tabakat, 5/140)
Hz. Ömər çox ağıllı düşünərək, musəvilərin dinlərini degenerasiya etmələrində, Tövrat xaricində Mişna adlı kitabları dini qaynaq etmələrinin təsirini görmüş və Peyğəmbərə aid edilərək dinin qaynağı halına salınmaq istənən hədislərin, bu Mişnaların funksiyasını qazanacağını anlamışdır.
Buna qarşı həm dili ilə, həm əli ilə mübarizə etmiş və bu “Mişnaları” yandırmışdır. Hz. Ömərin yandırtdığı “Mişnalar”dakı hədislər, bugünkü ən doğru qəbul edilən Buxaridə və Müslimdə yazılanlardan daha doğru olublar. Çünki Peyğəmbərimizi görənlər o dövrdə həyatdadır, ayrıca gələcəkdə baş verəcək siyasi ayrılıqlar və qarışıqlıqlar hələ ortaya çıxmamışdır.
Hz. Osmanın xəlifəliyi dövrü
Hz. Ömərin bu rəftarını üçüncü xəlifə Hz. Osman da çox hədis nəql edən Əbu Hureyrə və Kab-a qarşı etiraz edərək davam etdirmişdir:
Hz. Osman çox hədis nəql etdiklərinə görə, Əbu Hureyrəni Devş dağlarına göndərməklə, Kabı da Kırede dağlarına sürgün etməklə təhdid etmişdir. (Tahzırul Havas 10b.)
Hz. Əlinin xəlifəliyi dövrü
Digər üç xəlifə kimi, dördüncü xəlifə olan və Sünnilər qədər, hətta onlardan daha da çox Şiələrin və Ələvilərin xüsusi əhəmiyyət verdiyi Hz. Əlinin, hədislərə qarşı aşağıdakı sözlərində görəcəyimiz rəftarı; ümid edirik Şiə, Ələvi və Sünni məzhəbində olanların İslamı yalnız Qurandan anlamalarına vəsilə olar:
Hz. Əli minbərdən bu xütbəni verirdi: “Yanında hədis səhifələri olanlar gedib onları yox etsinlər. Çünki xalqı həlak edən hadisə, alimlərin nəql etdikləri hədislərə uyğun gələrək Quranı tərk etmələridir.” (İbni Abdül Berr, Camiul Beyanil Elm)
Bir gün Hz. Əliyə gəlirlər və “Xalq hədislərə qurşanmış” deyərlər. Hz. Əli soruşar: “Həqiqətən elədir?” “Bəli” deyərlər. Peyğəmbərdən eşitdim ki, gələcəkdə hədisə tapa biləcək bir fitnədən danışırdı. “O fitnədən qurtuluş nədir, necədir?” deyə soruşdum. Rəsulullah dedi ki: “Qurtuluş Qurandadır. Çünki sizdən əvvəlkilərin xəbərləri də sizdən sonrakıların xəbərləri də aranızdakıların hökmü də Ondadır. O, gerçək ilə yalanı bir-birindən ayıran qəti bir hökmdür, mənasız və boş söz deyil. Onu tərk edən hər zorbanın Allah boynunu qırar. Hidayəti, doğru yolu Ondan başqasında axtaranı Allah azğınlığa salar. O, Allahın ən möhkəm ipidir. O, hikmətlə dolu Qurandır. O ən doğru yoldur. O, boş arzuların haqdan sapdıra bilməyəcəyi, dillərin, qarışdırıb naməlum edə bilməyəcəyi, elm adamlarının doya bilməyəcəyi, çox təkrarlanılmasından bezilməyən, maraqlı xüsusiyyətləri bitib tükənməyən bir kitabdır.” (Tirmizi; Darımı)
Digər məşhur səhabələr də hədis nəqlinə qarşı çıxmışlar:
Ayrıca, dörd xəlifədən başqa Peyğəmbərimizi görən bir çox qiymətli səhabə, həm dörd xəlifə dövründə, həm də dörd xəlifədən sonra eyni rəftarı mənimsəmişlər. Bu mövzuda İbni Abbas və Abdullah ibn Məsud adlı məşhur səhabələr bunları demişdir:
Şeddad, İbni Abbasa “Hz. Peyğəmbər bir şey buraxdımı?” deyə soruşdu. O da “Yalnız Quranın iki qapağı arasında olanları buraxdı.” cavabını verdi. (Buxari, K. Fezailul Quran; Müslim, K Fezailus Səhabə; Əbu Davud, K. Fiten; Tırmizi K. Fiten)
İbni Abbas hədis yazmağı qadağan edər və belə deyərdi: “Sizdən əvvəlki ümmətlərin sapmaları bu şəkildə kitablar yazmağa görə olmuşdur.” (İbn Abdül Berr, Camiul Beyanil Elm, 1)
Abdullah ibn Məsud əlində bir hədis səhifəsi ilə gəldi. Sonra su istəyərək yazıları sildi, səhifənin yandırılmasını əmr etdi və bunu dedi: “Allah kimə bir hədis səhifəsinin yerini bildirsə və o da məni bundan xəbərdar etsə, Allaha and içərəm ki, Hindistanda da belə olsa o hədisi axtarar tapar və yox edərdim.” (Əbu Reyye, Muhammedi Sünnetinin Aydınlatılması)
Əgər hədislər dinin qaynağı olsaydı yazılması, qorunması və bu fəaliyyətlərin əmr edilməsi lazım idi. Halbuki görürük ki, məşhur səhabələr, tam tərsinə, hədis yazılmasını qadağan etmişlər, yazılı hədisləri yandırmışlar və Quranla kifayətlənməsini söyləmişlər. Quranın yetərli olmasına dair açıq ayələrlə ziddiyyət təşkil edənlər, Peyğəmbərin hədislərin yazılmasını qadağan edən əmrinə müxalif çıxanlar, səhabənin bu davranışı ilə ziddiyyət təşkil edərkən bunları görməzlikdən gəlməyə çalışırlar. Lakin bütün bu səhabələrə aid edilən yalanlar, dörd xəlifə dövründən “yazılı tək bir hədis səhifəsinin” belə bizə çatmadığı həqiqətini yox edə bilməz. Dörd xəlifənin və məşhur səhabələrin sözləri, bundan daha əhəmiyyətlisi bu sözlərlə uyğun bir şəkildə heç bir hədis kitabı meydana gətirmədikləri həqiqəti, hədisləri Quran kimi dinin qaynağı edənlər üçün əhəmiyyətli bir dərs ehtiva etməkdədir.

