Bu gün müasir fizikanın qəbul etdiyi dörd əsas qüvvənin – yerin cazibə qüvvəsi, elektromaqnit qüvvəsi, güclü nüvə qüvvəsi və zəif nüvə qüvvəsi – qarşılıqlı əlaqəsi və müvazinəti sayəsində kainatdakı bütün fiziki hərəkətlər və formalar meydana gəlir. Bu qüvvələr bir-birilərindən həddindən artıq fərqli ölçülərə malikdir. Məşhur molekulyar bioloq Maykl Denton (Michael Denton) bu qüvvələr arasındakı həssas müvazinəti belə açıqlayır:
“Əgər yerin cazibə qüvvəsi bir trilyon dəfə güclü olsaydı, onda kainat daha kiçik olardı və ömrü də daha qısa davam edərdi. Orta ölçülü bir ulduzun kütləsi hal-hazırkı Günəşin kütləsindən bir trilyon dəfə kiçik olar və bir il yaşayardı. Digər tərəfdən, əgər yerin cazibə qüvvəsi bir az zəif olsaydı, heç bir ulduz və ya qalaktika əsla əmələ gəlməzdi. Digər qüvvələr arasındakı tarazlıqlar da çox həssasdır. Əgər güclü nüvə qüvvəsi bir az zəif olsaydı, onda kainatdakı yeganə sabit element hidrogen olardı. Başqa heç bir atom olmazdı. Əgər güclü nüvə qüvvəsi elektromaqnit qüvvəsindən bir az güclü olsaydı, onda da kainatdakı yeganə sabit element nüvəsində iki proton olan bir atom olardı. Bu vəziyyətdə kainatda heç bir hidrogen olmaz və ulduzlar, qalaktikalar əmələ gəlsələr də, hal-hazırkı formalarından çox fərqli olardılar. Açıq desəm, əgər bu əsas qüvvələr və amillərin hal-hazırkı tam dəyərləri olmasa, heç bir ulduz, supernova, planet və atom olmazdı. Həyat da olmazdı.”

