Donuz əti niyə haramdır?

Donuz ətinin Quran endirildiyi dövrdə yeyilməsinin sağlamlığa zərərli bir çox tərəfləri olduğu

Donuz ətinin Quran endirildiyi dövrdə yeyilməsinin sağlamlığa zərərli bir çox tərəfləri olduğu kimi, bu gün də yeyilməsinin sağlamlığa zərərli olan müxtəlif tərəfləri vardır. Belə ki, donuz, hər nə qədər təmiz fermada, qulluq göstərilən mühitdə saxlanılsa da, öz zibilini yeyən bir heyvandır. İstər zibili ilə qidalanması, istərsə də bioloji quruluşu səbəbiylə donuzun orqanizmi digər heyvanlara nisbətən yüksək dozada antitel ifraz edər.

Yenə donuzun bədənində digər heyvanlara və insana nisbətən çox yüksək dozada böyümə hormonu ifraz olunar. Təbii olaraq, bu yüksək dozadakı antitellər və böyümə hormonu qan dövranı yolu ilə donuzun əzələ toxumasına da keçərək toplanılır. Bundan əlavə, donuz əti çox yüksək nisbətdə xolesterol və lipidə malikdir. Bunların nəticəsində bütün bu həddindən artıq səviyyədəki antitellər, hormonlar, xolesterol və lipidlərlə dolu olan donuz ətinin insan sağlamlığı baxımından əhəmiyyətli təhlükə olduğu elmi olaraq sübut edilmişdir.

Bu gün donuz ətinin ən çox istehlak edildiyi ABŞ, Almaniya kimi ölkələrin əhalisinin əhəmiyyətli bir hissəsini meydana gətirən normadan artıq çox kök insanların varlığı, artıq adi bir mənzərədir. Donuz ətinə əsaslanan qidalanma nəticəsində həddindən artıq böyümə hormonuna məruz qalan insan orqanizmi əvvəlcə həddindən artıq kökəlir, sonra da bədəni dəyişməyə, deformasiyaya məruz qalır.

Bunlardan başqa donuz ətindəki sağlamlığa zərərli maddələrdən biri də “trişin” mikrobudur. İnsan bədəninə girdiyində birbaşa ürək əzələlərinə yerləşərək ölümcül təhlükə yaradan trişin mikrobuna donuz ətində tez-tez rast gəlinir. Müasir dövrün texnologiyasıyla trişinli donuzları texniki olaraq təsbit etmək mümkünsə də əvvəlki əsrlərdə belə bir üsul məlum deyildi. Buna görə də donuz əti yeyən hər kəs üçün trişin mikrobuna bulaşma və ölümlə üz-üzə gəlmək riski var idi.

Göründüyü kimi bütün bu səbəblər donuz ətinin müsəlmanlara qadağan edilməsinin hikmətlərindən bəzilərini göstərir. Hər şərtdə sağlamlığa zərərli təsirlərini davam etdirən, nəzarətsiz istehsalında isə ölümcül olan donuz ətinin yeyilməsi qadağan edilərək belə bir təhlükəyə qarşı əvvəlcədən əsaslı və qəti tədbir alınmışdır.

Burada çox əhəmiyyətli bir məqamı xatırlatmaqda fayda vardır. Bir şeyin haram edilməsi üçün mütləq sağlamlığa və ya insanlara zərərli olması lazım deyildir. Bu mövzu bir çox insanın diqqətindən kənarda qalan, pis niyyətlilərin də insanların məlumatsızlığından faydalanaraq bununla ağıllarını qarışdırmaq üçün cəhd etdikləri bir mövzudur.

Yəni, “bunun nə qorxusu və nə zərəri vardır ki, Quran qadağan edir” şəklindəki, düşünüb fikirləşmədən irəli sürülən cahil iddialar həqiqətdə Quranın hökmlərindəki hikmət və məqsəddən xəbərsiz olmaqdan qaynaqlanır. Ağıllarını işlədə bilməyən insanlar mövzuları dar və məhdud qəliblər daxilində qəbul etməyə çalışdıqlarından, daha geniş mənada yer alan hikmətləri və bunların məntiqlərini qavraya bilməzlər.

Allah çox daha müxtəlif səbəblərlə də hər hansı bir şeyi insanlara qadağan edə bilər. İnsanları sınamaq üçün, Özündən həqiqətən qorxan və Ona səmimi olaraq itaət edənlərin bilinməsi, saxtakarların da aşkar edilməsi üçün zərəri olmayan bir şey də qadağan edilə bilər. Cəza və ibrət məqsədi ilə ya da nemətlərin dəyərinin xatırlanması və şükrə vəsilə olması üçün də bir mövzuda qadağa qoyula bilər.

Allah Quranda, Allahdan başqası adına kəsilmiş heyvanı yeməyi də haram buyurduğunu ifadə etmişdir:

O sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir. Hər kəs harama meyl etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, bu ona günah hesab edilməz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Bəqərə surəsi, 173)

Eyni çəmənlikdə böyüyən iki inəkdən biri Allah adına kəsilsə yeyilməsi halal, digəri Allahdan başqası adına kəsilsə yeyilməsi haram olar. Bu hökmün bir hikməti də insanlar üçün bir sınaq vəsiləsi olmasıdır. Quranda əvvəlki dövrlərdə yəhudilərə qoyulan, “Şənbə günü işləmək qadağası”nın onların imtahanı üçün olduğu isə belə bildirilir:

Bir də onlardan dəniz sahilindəki şəhəri(n məruz qaldığı nəticəni) soruş. O zaman onlar şənbə günü (qadağasını pozub) həddi aşmışdılar. “Şənbə günü işləmək qadağasına əməl etdiklərində, balıqları onlara açıq şəkildə axın-axın gəlir,” şənbə günü işləmək qadağasına əməl etmədiklərində isə onlara tərəf gəlmirdilər. Biz, Günah etdiklərinə görə onları belə imtahana çəkirdik. (Əraf surəsi, 163)

Halbuki, bir dövrdə yəhudilərə qadağan edilən Şənbə günü işləmək, Quranda müsəlmanlara qadağan edilməmişdir. Bu da, qadağanın hər hansı bir ictimai problemdən və ya xüsusilə o gün şəhərə axın edən balıqların sağlamlığa zərərli olmasından dolayı deyil, imtahan məqsədilə qoyulduğunu göstərir.

Necə ki, bu qövmün qadağanı pozaraq imtahanı keçə bilmədikləri də ayədə ifadə edilmişdir. Belə bir qadağa o qövmün insanlarının imanındakı səmimiyyətsizlik və Allahdan qorxub çəkinmədiklərini aşkar etmiş olurdu. Quranda möminlər üçün qoyulan qadağa da bənzər hikmət, imtahan məqsədi daşıyır. Ayələrdə belə buyrulur:

Ey iman gətirənlər! Allah sizi əllərinizin və nizələrinizin çata biləcəyi bir ovla imtahan edəcək ki, Allah, gizlində (yaxud Onun Özünü görmədən) kimin Ondan qorxduğunu üzə çıxarsın. Bundan sonra həddi aşan kimsə üçün isə ağrılı-acılı bir əzab hazırlanmışdır. Ey iman gətirənlər! İhramda ikən ovu öldürməyin. Sizlərdən kim onu qəsdən öldürərsə, kəffarəsi öldürdüyünə bənzər bir qurbanlıq heyvanı əvəz ödəməkdir. Buna sizlərdən iki ədalətli kişi qərar verməli, sonra da həmin qurbanlıq heyvan Kəbəyə çatdırılmalıdır. Yaxud kəffarə olaraq kasıbları yedirtməli, yaxud da buna bərabər oruc tutmalıdır ki, öz işinin zərərini dadsın. Allah olub-keçənləri bağışlamışdır. Hər kim yenə bu günaha qayıtsa, Allah ondan intiqam alar. Allah Qüdrətlidir, intiqam almağa qadirdir. Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və onu yemək sizə halal edildi. İhramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram edildi. Hüzuruna toplanılacağınız Allahdan qorxun! (Maidə surəsi, 94-96)

Ayələrdə bu qadağanın hikməti açıqca ifadə edilmişdir: “…gizlində (yaxud Onun Özünü görmədən) kimin Ondan qorxduğunu üzə çıxarsın…”. Əllərin və nizələrin bu ova asanlıqla çata bilməsi də bu imtahanın bir parçasıdır.

Allahın bildirdiyi qadağaların bir digər hikməti də onların rəftar və davranışlarındakı pozğunluq, azğınlıq səbəbi ilə cəzalandırılmaları və tövbə edib doğru yola qayıtmalarının təmin edilməsidir. Əvvəlki dövrlərdə yəhudilərə qoyulan bəzi qadağalar da bunun bir nümunəsidir:

Yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bel sütunlarına və ya bağırsaqlarına yapışan, yaxud sümüklərə qarışan yağlar istisna olmaqla, onların piylərini də haram etdik. Bu, həddi aşdıqlarına görə onlara verdiyimiz cəzadır. Şübhəsiz ki, Biz doğru danışanlarıq. (Ənam surəsi, 146)

Bura qədər aydın olduğu kimi Allahın haram buyurduğu şeylərin qadağan edilməsindən bir çox hikmət və məqsəd tapmaq olar. Bu hikməti yalnız qadağan edilən şeyin zərərli ya da zərərsiz olmasıyla məhdudlaşdırmaq Quranı lazım olduğu kimi bilib anlamamaqdan, düşünməməkdən qaynaqlanır.

Donuz ətinin qadağan edilməsinin də birdən çox hikməti vardır. Yaşadığımız əsrə qədər donuz ətinin insan sağlamlığını birbaşa təhdid edən zərərləri olduğuna dair şübhə yoxdur. Bugünkü tibbi cihazlarla, bioloji sınaqlarla konkret şəkildə ortaya qoyulmuş bu zərərə qarşılıq, hələ heç kimin mikrob, bakteriya, trişin, hormon, antitel kimi anlayışlardan xəbərsiz olduğu 14-cü əsrdə endirilən Quranda qəti tədbir alınması da eyni zamanda bu ilahi Kitabın möcüzələrindəndir.

Bu gün də donuz istehsalında alınan hər cür tədbir və sınaqlara baxmayaraq, donuz ətinin fizioloji olaraq insan bədəninə uyğun qida növü olmadığı, insan sağlamlığına qəti zərəri olan ət növü olduğu bilinir. Buna baxmayaraq, istehsalının asanlığı və xərcinin azlığı səbəbiylə dünya səviyyəsində geniş olaraq istehlak edilir.

Əslində, diqqət edildiyində donuz istehsalının bu dərəcə cazibədar olmasının, keçmişdə yəhudilərə işləmək qadağası olan Şənbə günü balıqların axın etməsindən fərqi yoxdur. Yer üzündə quzu, qoyun, toyuq, mal əti, saysız quş növü, ov heyvanı və daha bir çox növdə yeyilə biləcək, olduqca ləzzətli heyvan əti varkən Allahın haram buyurduğu donuz ətinə tamah etmənin məqsədli bir mövqe olacağı açıqdır.

Quranda bildirilən səbəblərdən başqa hər nə məqsədlə olursa olsun donuz ətini yemək Quranın keçərli olduğu qiyamətə qədər haramdır. Bundan 100 il sonra, tamamilə zərərsiz bir hala gətirilsə belə, donuz əti yeməmək yenə möminlər üçün bir ibadət vəsiləsi olacaqdır. O vaxt da bunu yeyib-yeməmək yenə inkar edən ağılsızlar üçün bir fitnə-sınaqdan keçirmə mövzusu olacaqdır.