“Donuz əti bugünkü şərtlərdə yeyilə bilər” yanılması

Donuz ətinin haram olmasının hikməti

Donuz ətinin Quran endirildiyi dövrdə yeyilməsinin sağlamlığa zərərli bir çox tərəfi olduğu kimi, bu gün də yeyilməsinin sağlamlığa zərərli olan müxtəlif tərəfləri vardır. Belə ki, donuz, hər nə qədər təmiz fermalarda, qulluq göstərilən mühitlərdə saxlanılsa da, öz zibilini yeyən bir heyvandır. İstər zibili ilə qidalanması, istərsə də bioloji quruluşu səbəbiylə donuzun orqanizmi digər heyvanlara nisbətən yüksək dozada antitel ifraz edər. Yenə donuzun bədənində digər heyvanlara və insana nisbətən çox yüksək dozada böyümə hormonu ifraz olunar. Təbii olaraq, bu yüksək dozadakı antitellər və böyümə hormonu qan dövranı yolu ilə donuzun əzələ toxumasına da keçərək toplanılır. Bundan əlavə, donuz əti çox yüksək nisbətdə xolesterol və lipidə malikdir. Bunların nəticəsində bütün bu həddindən artıq səviyyədəki antitellər, hormonlar, xolesterol və lipidlərlə dolu olan donuz ətinin insan sağlamlığı baxımından əhəmiyyətli bir təhdid olduğu elmi olaraq sübut edilmişdir.

Bu gün donuz ətinin sıx olaraq istehlak edildiyi ABŞ, Almaniya kimi ölkələrin əhalisinin əhəmiyyətli bir hissəsini meydana gətirən normadan artıq çox kök insanların varlığı, artıq vərdiş edilmiş bir mənzərədir. Donuz ətinə əsaslanan qidalanma nəticəsində həddindən artıq böyümə hormonuna məruz qalan insan orqanizmi əvvəlcə həddindən artıq kökəlir, sonra da bədəni dəyişmələrə, deformasiyalara məruz qalır.

Bunlardan başqa donuz ətindəki sağlamlığa zərərli maddələrdən biri də “trişin” mikrobudur. İnsan bədəninə girdiyində birbaşa ürək əzələlərinə yerləşərək ölümcül təhlükə yaradan trişin mikrobuna donuz ətində tez-tez rast gəlinir.

Göründüyü kimi bütün bu səbəblər donuz ətinin müsəlmanlara qadağan edilməsinin hikmətlərindən bəzilərini göstərir. Hər şərtdə sağlamlığa zərərli təsirlərini davam etdirən, nəzarətsiz istehsalında isə ölümcül olan donuz ətinin yeyilməsi qadağan edilərək belə bir təhlükəyə qarşı əvvəlcədən əsaslı və qəti bir tədbir alınmışdır.

I Burada çox əhəmiyyətli bir məqamı xatırlatmaqda fayda vardır. Bir şeyin haram edilməsi üçün mütləq sağlamlığa və ya insanlara zərərli olması lazım deyildir. Allah çox müxtəlif səbəblərlə də hər hansı bir şeyi insanlara qadağan edə bilər. İnsanları sınamaq üçün, Ondan həqiqətən qorxan və Ona səmimi olaraq itaət edənlərin bilinməsi, saxtakarların da aşkar edilməsi üçün zərəri olmayan bir şey də qadağan edilə bilər. Cəza və ibrət məqsədi ilə ya da nemətlərin dəyərinin xatırlanması və şükür vəsilə olması üçün də bir mövzuda qadağa qoyula bilər.

Quranda bildirilən səbəblərdən başqa hər nə məqsədlə olursa olsun donuz ətini yemək qiyamətə qədər haramdır. Bundan 100 il sonra, tamamilə zərərsiz bir hala gətirilsə belə, donuz əti yeməmək yenə möminlər üçün bir ibadət vəsiləsi olacaqdır. O vaxt da bunu yeyib-yeməmək yenə inkar edən ağılsızlar üçün bir fitnə-sınaqdan keçirmə mövzusu olacaqdır.