Doğru yolu tapmağın sırrı

Hər insanın doğru-səhv anlayışı

Yer üzündə demək olar ki, hər insanın özünə görə doğru və səhv anlayışı var. Hər birinin doğrularını təsbit etmə qaynağı isə fərqlidir. Bəziləri oxuduğu bir kitabı, bəziləri ətrafında gördüyü bir insanı, bəziləri bir siyasətçini, bəziləri isə bir filosofu özünə rəhbər edir. Halbuki ən doğru və insanı qurtuluşa qovuşduracaq tək yol Allahın insanlar üçün təyin etdiyi dindir. Və bu yolda insanın tək hədəfi Allahın razılığı, rəhməti və Cənnətini qazanmaqdır. Digər yollar insanlara nə qədər bəzəkli və cazibədar görünsə də, aldadıcıdır. Hamısı insanları dünyada və axirətdə sonsuza qədər davam edəcək dağıntıya, ümidsizliyə, bədbəxtliyə və ağrılı əzaba sürükləyər.

Kimlərin doğru yola yönəldildikləri isə Quranda bildirilən sirdir. Bunlara uyanlar, Allahın doğru yoluna yönəldərək, Cənnətində qonaq etdiyi bəndələrdir.

Hər şeydən əvvəl insanın doğru yola yönəldilməsi üçün iman etməsi lazımdır. Əgər bir insan göyün, yerin və ikisi arasında olanların tək sahibinin və yaradıcısının Allah olduğuna və dünyada var olma məqsədinin Allaha qulluq etmək olduğuna iman edib, həyatı boyu Allahın razılığını axtarsa, Allah onu doğru yola yönəldər. Allaha, axirətə və Qurana olan imanın isə qəti iman olması lazımdır.

Bəzi insanlar hər nə qədər iman etdiklərini söyləsələr də, imanlarında şübhə və ya zəiflik ola bilir. Belə insanlar inkarçılarla birlikdə olduqlarında onların təsirinə girib din əxlaqını yaşamaqda asanlıqla zəiflik göstərə bilməkdə, Allaha və dinə qarşı rəftar göstərə bilməkdədirlər. Halbuki, Allahın doğru yola yönəltdiyi bəndələrinin imanı qəti və şübhəsizdir:

Bir də ona görə ki, özlərinə elm verilmiş kimsələr onun Rəbbindən gələn haqq olduğunu bilib ona inansınlar və bununla da qəlbi rahatlıq tapsın. Şübhəsiz ki, Allah iman gətirənləri mütləq doğru yola yönəldər. (Həcc surəsi, 54)

İman edənlərin tam təslimiyyətlə Allaha yönəlmələri, Allaha qəlbi məmnun olmuş şəkildə bağlanmaları da, doğru yola yönəlmənin sirridir. Allaha iman edən və axirətdən qorxan möminin dünyaya heç bir hərisliyi yoxdur. Tək məqsədi Allahı razı etməkdir.

Buna görə də, mömin hər davranışında Allaha yönələr, Allahın onu sınadığını bilərək, hər hadisədə Allahın onun üçün yazdığı taleyə tabe olar. Allah Özünə təslim olanların doğru yola yönəldiləcəyini bu şəkildə bildirmişdir:

Sizə Allahın ayələri oxunduğu və Onun elçisi də aranızda olduğu halda necə inkar edirsiniz? Kim Allaha (İslama) bağlanarsa, şübhəsiz ki, o, doğru yola yönəldilmişdir. (Ali İmran surəsi, 101)

Nuha tövsiyə etdiyi, sənə vəhy etdiyi, İbrahimə, Musaya və İsaya da tövsiyə etdiyi “Dini təhrif etmədən qoruyub saxlayın və onda ayrılığa düşməyin!” sözünü Allah dində sizin üçün qanun olaraq təyin etdi. Müşrikləri dəvət etdiyin (din) onlara ağır gəldi. Allah istədiyini (peyğəmbər) seçər və Ona yönələni doğru yola yönəldər. (Şura surəsi, 13)

Allahın doğru yola yönəltmək istədiyi bəndələrinə bir başqa əmri isə bu şəkildədir:

Əgər özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli olacaq və imanlarını daha çox möhkəmləndirəcəkdi. O zaman onlara Öz tərəfimizdən böyük bir mükafat verərdik və həqiqətən, onları doğru yola yönəldərdik. (Nisa surəsi, 68)

Allahdan qorxan möminlər həmişə günahlarından təmizlənmək və Allahın ən çox razı olacağı əxlaqa çatmaq üçün çalışarlar. Ancaq, əlbəttə səhvlərdən sürətlə təmizlənmək və doğru yola yönəlmək üçün insanın təvazökar olması lazımdır. Təvazökar və təmizlənməyi istəyən insan Allahın əmrlərini tam olaraq yerinə yetirər.

Ayrıca saleh möminlər bir-birlərinin vəliləridir. Bir-birlərinə yaxşılığı əmr edər, pis əməldən uzaqlaşdırarlar. Buna görə də, möminlərin bir-birlərinə etdiyi nəsihətlərə qarşı da təvazökar olması, bir səhvi mömin qardaşının ona deməsinin axirəti üçün böyük nemət olduğunu bilərək söz dinləməsi lazımdır. Ona verilən öyüdləri yerinə yetirən bir insan səhvlərindən təmizlənəcək və Allahın ayədə bildirdiyi kimi, doğru yola çatacaq. Allah şeytana uymaqdan qaçan, onu Qurana və gözəl əxlaqa çağıran insanlara tabe olan bəndələrinə belə müjdə verir:

Tağuta (bütlərə) ibadət etməkdən çəkinib Allaha yönələnlərə müjdə vardır. Bəndələrimə müjdə ver! Onlar sözü dinləyər, sonra da onun ən gözəlinə (Qurana) tabe olarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Əsil ağıl sahibləri də onlardır. (Zumər surəsi, 17-18)