Doğru yolu tapmağın sirri

Kimlərin doğru yolda olduqlarını Allahın Quranda bildirdiyi sirdir

Kimlərin doğru yolda olduqlarını Allahın Quranda bildirdiyi sirdir. İslamda qeyd olunan gözəl əxlaqa uyanlar, Allahın doğru yoluna gələrək, cənnətdə saxladığı qullarıdır.

Yer üzündəki hər insanın özünə görə doğruları və səhvləri olur. Hər birinin doğrularını müəyyənləşdirməkdə qaynağı isə fərqlidir. Bəziləri oxuduğu kitabı, bəziləri ətrafında gördüyü insanı, bəziləri siyasətçini, bəziləri isə bir filosofu özünə rəhbər edir. Halbuki, Allahın insanlar üçün təyin etdiyi ən doğru və insanı qurtuluşa qovuşduracaq yeganə yol İslamın gətirdiyi gözəl əxlaqdır.

Möminlər Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq üçün cəhd göstərərlər. Quranda bildirilən gözəl əxlaqa uyğun bir yolu mənimsəməmək isə insanları dünyada və axirətdə sonsuza qədər davam edən ümidsizliyə, bədbəxtliyə və əzaba sürükləyər.

Allahın rizasını, rəhmətini və cənnətini arzulayan insanlardan olmaq üçün Allahın Quranda vəd etdiklərinə iman etməlidirlər. Belə bir insan göylərin, yerin və ikisi arasındakıların tək sahibi və yaradıcısının Allah olduğunu və dünyada var olma məqsədinin Allaha qulluq etmək olduğunu bilir. Əgər bu insan həyatı boyunca Allahın razılığını axtarıb Ona iman etsə Allah onu doğru yola yönəldər. Əlbəttə burada nəzərdə tutulan imandır.

Bəzi insanlar, hər nə qədər iman etdiklərini desələr də, imanlarında şübhə və ya zəiflik olur. Belə insanlar, inkarçılarla birlikdə olduqlarında onların təsirinə düşüb dində asanlıqla zəiflik göstərə bilir, hətta bəzən Allaha və Allahın dininə qarşı rəftar edə bilirlər. Halbuki, Allah Quranda doğru yola yönəltdiyi qullarının imanının qəti, möhkəm və şübhə etmədən olduğunu insanlara bildirmişdir:

Və elm verilən kəslər də bilsinlər ki, haqq (Quran) sənin Rəbbindəndir. Artıq ona inansınlar və ürəkləri ondan arxayın olsun. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər! (Həcc Surəsi, 54)

İman edənlərin tam təslim olmaqla Allaha yönəlmələri, Allaha qəlbən bağlanmaları da doğru yola yönəldilmənin sirridir. Allaha iman edən və axirətdən qorxan möminin dünyaya bağlı ehtirası yoxdur. Möminin məqsədi Allahı razı etməkdir. Buna görə də hər davranışında Allaha yönələr, Allahın onu hər an sınadığını bilərək, hər hadisədə Allahın təyin etdiyi taleyə razı olar. Aləmlərin Rəbbi olan Uca Allah, Ona təslim olanları doğru yola yönəldəcəyini bu şəkildə bildirmişdir:

Sizə Allahın ayələri oxunduğu və Onun Elçisi sizinlə olduğu bir vaxtda, siz necə küfr edirsiniz? Kim Allaha möhkəm bağlanarsa, həqiqətən də, doğru yola yönəlmiş olar. (Ali İmran surəsi, 101)

Allahın doğru yola yönəltmək istədiyi qullarına bir başqa əmri isə bu şəkildədir:

Əgər onlar verilən nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu onlar üçün daha xeyirli və daha düzgün olardı. O zaman Biz də onlara Öz tərəfimizdən böyük mükafat verərdik və onları düz yola yönəldərdik. (Nisa surəsi, 66-68)

Allahdan qorxan möminlər həmişə günahlarından təmizlənmək və Allahın ən çox razı olacağı əxlaqa çatmaq üçün çalışar. İnsanların günahlarından sürətlə təmizlənmələri və doğru yola çatmaları üçün təvazökar olması lazımdır. Təvazökar və təmizlənməyi istəyən insan, Allahın əmrlərini tam olaraq yerinə yetirər. Həmçinin də saleh möminlər bir-birlərinə yaxşılığı əmr edər, pis əməldən çəkindirərlər. Buna görə də, möminin səhvinin ona mömin qardaşı tərəfindən deyilməsindən razı olması, onun axirəti üçün böyük nemət olduğunu bilməsi lazımdır. Allah, şeytana uymayan, Qurana və gözəl əxlaqa çağıran insanlara tabe olan qullarına belə müjdə verir:

Tağuta (şeytana, bütlərə) ibadət etməkdən çəkinib tövbə edərək Allaha tərəf qayıdanları müjdə gözləyir. Elə isə qullarıma müjdə ver. O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! (Zümər surəsi, 17-18)