Doğru yola çağırılmaq

Şeytan insanların doğru yoldan üz döndərmələrini, səhvlərində israr etmələrini istəyər

Şeytan insanların doğru yoldan üz döndərmələrini, səhvlərində israr etmələrini istəyər. Xüsusən də doğru yola çağırıldıqları və ya onlara fayda verəcək öyüd aldıqları zaman, bu vəziyyətə qarşı dərhal tədbir almağa çalışar. Çünki belə vəziyyətdə insanın vicdanı da fəaliyyətə keçəcək və ona, israrla çağırıldığı gözəl əxlaqa əməl etməsini tövsiyə edəcək.

Vicdana tabe olmaq əvəzinə, nəfsin istəyini qorumağa çalışan insanlar, belə vəziyyətlə qarşılaşdıqları zaman, şeytanın göstərdiyi bu yola dərhal uyarlar. Özlərinə Quran əxlaqına uyğun tövsiyələr verildikdə, əksini ilham edən nəfsinə tabe olmaq üçün hiyləgər üsullara əl atar və özlərini razı salacaq bəhanələr taparlar. Bunların ən başında gələnlərindən biri, “səhvin doğru, lakin çıxış yolunun yanlış olduğu” bəhanəsidir.

Həmin bu insanların xətalı olduqları, Quran əxlaqına uyğun rəftar göstərmədikləri olduqca aydındır. Belə vəziyyətlə qarşılaşdıqları zaman, səhvlərini rədd etmələrinin səmimiyyətsizliyin açıqca başa düşülməsinə səbəb olacağını bilərlər. Buna görə də, daha hiyləgər bir üsula sarılaraq bu bəhanəni irəli sürərlər. Özlərini mütləq doğru yola yönəldəcək Quran vasitəsilə öyüd verildiyi halda, səmimiyyətsizliyə görə bunu qəbul etməzlər.

Onları göstərilən çıxış yollarının doğru olmadığını, səhvlərinin fərqli səbəblərdən qaynaqlandığını və fərqli şəkillərdə həll edilə biləcəyini iddia edərlər. Arxasınca da “həll yolu” adı altında nəfsinə uyğun alternativlər təqdim edərlər. Quran əxlaqına tabe olmaq əvəzinə şeytani üsullara əl atmaları bu insanları qarışıqlıq içərisinə salar. Asanlıqla həll edə biləcəkləri məsələləri belə içindən çıxılmaz hala gətirər.

Şeytanın təlqinlərinə tabe olan belə bir insan, ağıl və səmimiyyətlə verilən gözəl nəsihətdən bilə-bilə uzaqlaşar. Möminlər özünü haqq və xeyirli olan rəftara çağırır, lakin o şeytanın təsiriylə tamamilə qapanmış ağlını bəyənərək haqdan üz döndərir. Bu insanların göstərdikləri rəftar Quranda belə bildirilir:

“Ona: “Allahdan qorx!” deyildiyi zaman, təkəbbürü onu günaha sürükləyər, əhatə edər. Belə insana cəhənnəm kifayət edər. O nə pis məskəndir!” (Bəqərə surəsi, 206)