Allahdan gərəyi kimi qorxub çəkinməyən, axirətə də qəti olaraq iman etməyən insanların istəkləri sadəcə dünyaya istiqamətli olar. Onlar zənginliyi, mülkü, etibarı həmişə bu dünyadakı həyatı üçün istəyərlər. Allah, yalnız dünya üçün istəyənlər axirətdə heç nə əldə etməyəcəklərini bildirir. Möminlər isə həm dünya həyatı, həm də axirətləri üçün Allahdan istəyərlər, çünki axirətin dünya həyatı qədər qəti və yaxın həyat olduğuna iman edərlər. Allah bunu Quranda belə bildirir:
İnsanlardan eləsi var ki: “Ey Rəbbimiz, bizə bu dünyada ver!” – deyər. Beləsinin axirətdə heç bir nəsibi yoxdur. Onlardan eləsi də var ki: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər bəxş et və bizi cəhənnəm əzabından qoru!” – deyər. Onlar üçün qazandıqlarından (axirətdə) bir pay (mükafat) vardır. Allah çox sürətli haqq-hesaba çəkəndir. (Bəqərə surəsi, 200-202)
Möminlər də dualarında Allahdan sağlamlıq, zənginlik, elm və gözəllik istəyərlər. Ancaq onların hər dualarında Allahın razılığı və dinə uyğun bir niyyət vardır. Məsələn zənginliyi Allah yolunda istifadə etmək üçün istəyərlər. Bu mövzu ilə əlaqədar olaraq Allahın Quranda nümunə verdiyi peyğəmbərlərdən biri Hz. Süleymandır.
Hz. Süleyman, Allahdan heç kimin əldə edə bilməyəcəyi qədər böyük mülk verməsini istəyərkən, bunu dünyəvi ehtiras olaraq deyil, Allah yolunda istifadə etmək, insanları Allahın dininə çağırmaq və Allahı zikr etmək üçün istəmişdir. Hz. Süleymanın Quranda bildirilən sözləri onun səmimi niyyətinin göstəricisidir. Ayədə belə buyurur:
Həqiqətən, mən mal-mülk sevgisini Rəbbimi zikr etmək üçün istədim. (Sad surəsi, 32)
Allah Hz. Süleymanın bu duasını qəbul etmiş, ona həm dünyada böyük mülk vermiş, həm də onu axirət nemətləri ilə mükafatlandırmışdır. Bununla bərabər, sadəcə dünya həyatını istəyən, axirəti düşünməyənlərə də Allah dünyada istədiklərini verər, ancaq onlara axirətdə əzab dolu həyat var. Dünya həyatında sahib olduqları heç bir neməti axirətdə əldə edə bilməzlər.
Allah bu əhəmiyyətli məlumatı Quranda aşağıdakı ayələrlə insanlara bildirir:
Kim axirət qazancını istəyərsə, Biz onun qazancını artırarıq. Kim də dünya qazancını istəyərsə, ona ondan (dünya nemətlərindən) verərik. Ancaq axirətdə onun heç bir nəsibi olmayacaqdır. (Şura surəsi, 20)
Kim dünya nemətini istəyərsə, dilədiyimizə orada istədiyimiz qədərini tezliklə verərik. Sonra da onu, qınanmış və qovulmuş bir vəziyyətdə cəhənnəmə atarıq. (İsra surəsi, 18)

