Doğru bilinən yanlışlar

Fərqli inanclı insanlara qarşı rəftar

Üzərində yaşadığımız dünyada çox fərqli inanclara sahib insanlar vardır. Belə bir dünyada yaşayan müsəlmanlar, qarşılarındakı insanın inancı nə olursa olsun xoşrəftarlı olmalı, bağışlamalı, ədalətli davranmalıdır. İnsanları Allahın dininə gözəlliklə, sülh və xoş rəftarla dəvət etmək, iman edənlərin üzərinə düşən məsuliyyətdir.

İnsanların düşüncə və həyat azadlığını təmin edən bir din olan İslam, insanlar arasında gərginliyi, anlaşılmazlığı, bir-birlərinin haqqında mənfi danışmağı və hətta mənfi düşüncəni (zənn) qadağan etmişdir. İslam terror və şiddət qəti olaraq qarşı olduğu kimi, insanların üzərində ən kiçik bir təzyiq göstərilməsini də qadağan etmişdir.

İnsanların bir dinə inanması və ya o dinin ibadətlərinə yerinə yetirməyə məcbur edilməsi, İslamın özünə və ruhuna ziddir. Çünki İslam da səmimi iman, azad iradə və vicdani qəbul ilə mümkündür. Əlbəttə müsəlmanlar bir-birlərini Quranda izah edilən əxlaqi xüsusiyyətlərin tətbiq olunması üçün xəbərdar edə bilər, təşviq edə bilərlər. Quran əxlaqının, ən gözəl sözlə insanlara izah edilməsi, bütün iman edənlərin üzərinə düşən məsuliyyətdir. İman edənlər “…Rəbbinin yoluna hikmətlə və gözəl nəsihətlə çağır…” (Nəhl surəsi, 125) bu ayənin əmri ilə din əxlaqının gözəlliklərini izah edir, ancaq “Onların hidayətə çatması, sənin üzərində (bir öhdəçilik) deyil. Ancaq Allah, dilədiyini hidayətə çatdırar.” (Bəqərə surəsi, 272) əmrinə uyğun davranarlar. Heç vaxt insanlar üzərində maddi ya da mənəvi təzyiq tətbiq etməzlər. Ya da dünyəvi bir imtiyazla kimsəni, adamı din əxlaqının tətbiqinə yönəltməzlər. Təbliğlərinə qarşılıq, mənfi bir cavab aldıqlarında, müsəlmanların verdikləri cavab “Sizin dininiz sizə, mənim dinim mənə.” (Kafirun surəsi, 6) şəklində olar.

Bu dünyada xristian və yəhudilərlə yanaşı buddist, hindli, ateist, deist, bütpərəst kimi fərqli inanclara sahib insan cəmiyyətləri vardır. Belə bir dünyada yaşayan müsəlmanlar, qarşılarındakı insanın inancı nə olursa olsun xoşrəftarlı olmalı, bağışlamalı, ədalətli davranmalıdırlar. İnsanları Allahın dininə gözəlliklə, sülhlə və xoş rəftarla dəvət etmək iman edənlərin üzərinə düşən məsuliyyətdir. Doğruları yerinə yetirib yetirməmək, iman edib etməmək qərarı isə qarşı tərəfə aiddir. Bir adamı iman etməyə məcbur etmək, bəzi şeyləri məcbur qəbul etdirməyə çalışmaq, Quran əxlaqına zidd bir rəftardır.