Allah Quran ayələri ilə insanlara “diqqətli olmalarını” xatırlatmış və bu diqqəti hansı tərəfə sərf edəcəklərini də belə açıqlamışdır:
Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. O sizin nə əməl sahibi olduğunuzu və qullarının Onun hüzuruna qaytarılacaqları günü bilir. Allah onlara nə etdiklərini bildirəcəkdir. Allah hər şeyi bilir. (Nur surəsi, 64)
Ayələrdə xatırladılan mövzulardan da aydın olacağı kimi Allah, insanlara diqqətlərini, doğru düşünə bilmək, hadisələri doğru qiymətləndirə bilmək və beləcə həqiqətləri görə bilmək üçün istifadə etmələrini nəsihət etmişdir. Ancaq unutmamaq lazımdır ki, Allahın Quranda bildirdiyi şəkildə diqqət, ancaq ağıl sahiblərinin göstərə biləcəyi xüsusiyyətdir. Çünki Quranda Allahın ayələrindən ancaq ağıl sahiblərinin düşünüb öyüd ala biləcəkləri bildirilmişdir:
…Bunu isə ancaq ağıl sahibləri dərk edərlər. (Ali İmran surəsi, 7)
Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik. (Sad surəsi, 29)
Məhz diqqətini Quranda bildirildiyi şəkildə istifadə edən ağıl sahibləri bu yolla bütün həqiqətləri görə bilərlər; əvvəlcə Allahdan başqa bir Yaradıcı olmadığını, Allahın bütün kainatın sahibi olduğunu və axirətin qəti həqiqət olduğunu qavrayarlar.

