Diqqət Edilməli İnsan Xarakteri: Passiv İnsan Xarakteri

Allah Quranda olan bir çox ayə ilə, müsəlmanların Quran əxlaqını təbliğ etməkdəki şövqünü və aktivliyini, asta davranaraq yox etməyə çalışan xarakterdəki insanları bizlərə tanıdır. Onların bu cür sakit və asta davranmasının altında yatan həqiqi niyyətini, gizli planlarını başa düşməyimizi təmin edən olduqca əhəmiyyətli məlumatlar verir.

Müsəlmanları passivləşdirməyi qarşılarına məqsəd qoyan bu insanlar, möminlərlə birlikdə yaşayan, iman etdiyini deyən ancaq münafiq xarakter göstərən və ya qəlbində xəstəlik olan insanlar ola bilər və ya hələ imanı tam olaraq qavraya bilməmiş, Allahı lazım olduğu kimi dərk edə bilməyən zəif imanlı insanlar ola bilər. Bu insanlar, möminlərin arasında olmalarına baxmayaraq din əxlaqını başa düşməkdə və yaşamaqda bitərəf, zəif davranar, digər möminlərin də özləri kimi olmalarını istəyərlər.

Bunlarla yanaşı, cahiliyyə əxlaqını yaşayan və ya inkar edənlər arasında da müsəlmanları zəiflətmək, şövqünü və həyəcanını yox etmək istəyən kəslər ola bilər və bu insanlar da möminlərin fəaliyyətlərinə maneə törədə bilmək üçün var gücləriylə çalışarlar. Bütün bu insanlar, möminləri passivləşdirmək üçün açıq şəkildə fəaliyyət göstərə biləcəkləri kimi, hiyləgər və gizli üsullardan da istifadə edə bilərlər.

Məsələn, münafiqlər və qəlbində xəstəlik olan kəslər, inkar edənlərlə əməkdaşlıq edərək açıq şəkildə möminlərin əleyhinə tələlər qura bilərlər. Beləcə, iman edənlərə ziyan gəlməsini istəyərlər. Bununla birlikdə, verdikləri məkrli təlqinlər, neqativ söhbətlər və davranışlarla da iman edənləri passivləşdirməyə çalışa bilərlər.