Təkamülçülər milçəklərin mənşəyi ilə bağlı heç bir izah verə bilməzlər. Lakin maraqlıdır ki, kiçik bir milçəyin necə meydana gəldiyini izah edə bilmədikləri halda, nəhəng dinozavrların quşlara çevrilməsinə özlərinə görə izah gətirməyə çalışırlar. Üstəlik, dinozavrların milçək tutmaq üçün ön ayaqlarını bir-birinə vurarkən həmin ayaqların qanadlara çevrildiyi kimi nağılı xatırladan bir iddia irəli sürürlər. Hələ kiçik bir milçəyə izah verə bilməyən bir nəzəriyyənin ondan qat-qat iri və ağır bir canlının əmələ gəlməsindən bəhs etməsi, əlbəttə ki, mənasızdır.
Təkamülçülərin milçəklərin mənşəyi mövzusuna toxunmamalarının mühüm səbəbləri vardır. Əvvəla, milçəklər son dərəcə qüsursuz, hətta müasir texnologiya ilə belə tam şəkildə təqlid edilə bilməmiş bir uçuş mexanizminə malikdirlər. Bir milçəyin saniyədə 500–1000 dəfə hərəkət etdirə bildiyi mükəmməl qanad sistemi vardır. Üstəlik, bu sistem elə qüsursuz şəkildə planlanmışdır ki, milçək bu heyrətamiz sürətdəki hərəkəti hər iki qanadı ilə eyni vaxtda həyata keçirə bilir. Bununla yanaşı, mürəkkəb tənəffüs sisteminə də malikdir. Uçuş üçün lazım olan oksigeni digər canlılarla müqayisədə daha sürətli və daha səmərəli şəkildə istifadə edə bilir.
İngilis bioloq Robin Vutton milçəklərdəki üstün yaradılışı belə təsvir edir:
“Milçək qanadlarının fəaliyyətini öyrəndikcə, onların malik olduqları quruluşun nə dərəcədə qüsursuz və həssas olduğunu daha yaxşı anlayırıq… Son dərəcə elastik xüsusiyyətlərə malik hissələr havadan ən səmərəli şəkildə istifadə edilə bilməsi üçün tələb olunan qüvvələr qarşısında lazımi elastikliyi göstərəcək şəkildə dəqiqliklə bir araya gətirilmişdir. Milçək qanadları ilə rəqabət apara biləcək texnoloji bir quruluş demək olar ki, yoxdur.” (J. Robin Wootton, “The Mechanical Design of Insect Wings”, Scientific American, Cild 263, noyabr 1990, s. 120)
