Quranın əmri ilə müsəlmanlar İslamdan bəhs edərkən və imanı sevdirərkən sözün ən gözəlindən istifadə etməlidir. Qarşılarındakı insanı incitməyən, müsəlmanlara qarşı qəlbində sevgi yaradan bir üslubla din əxlaqından bəhs edərlər. Çünki müsəlmanlara qarşı qəlbində sevgi yaranan bir insanın onları bu qədər gözəl əxlaqlı hala gətirən inanc sisteminə qarşı da içində maraq və sevgi yaranacaqdır. Beləliklə də, gözəl söz onun qəlbini İslama açan əhəmiyyətli səbəb olacaqdır.
İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə müzakirə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl surəsi, 125)
Allah gözəl sözlü olmağı sevir:
Kim qüdrət sahibi olmaq istəsə, bilsin ki, qüdrət bütünlüklə ancaq Allaha məxsusdur. Gözəl söz Ona tərəf yüksəlir və onu ucaldan yaxşı əməldir. (Fatir surəsi, 10)
Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz kökü yerdə möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O ağac Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar. (İbrahim surəsi, 24-25)

