Dini anlamayanlara kədərlənmək haramdır

Yunis surəsi, 43-cü ayə

Yunis surəsi, 43-cü ayə. “Və sənə baxacaq olanlar vardır. Amma kor olanları -üstəlik bəsirətləri də yoxdursa- sənmi doğru yola çatdıracaqsan?” Sənə baxarlar, amma onlar kordur, deyir Allah. Üstəlik bəsirətləri də yoxdur. “Sənmi doğru yola çatdıracaqsan? Şübhəsiz, Allah insanlara heç bir şeylə zülm etməz.” Heç bir şəkildə Allah zülm etməz, deyir. “Ancaq insanlar, öz nəfslərinə zülm edirlər”. Gedir dinsiz olur, ateist olur, vəsvəsələrlə özünü məhv edir. Özünü sanki əzabların içərisində qovurur, bitirir. Hətta deyərlər; insanın öz düşməni belə özü qədər insana zülm etməz. İnsan ən çox özü-özünə zülm edər.

“Gündüz bir saatdan başqa sanki heç ömür sürməmişlər kimi onları bir yerdə yığacağı gün” Dünya həyatı 1 saat belə deyil əslində, insanlara uzun müddət kimi gəlir. “Allaha qovuşmağı yalanlayanlar, həqiqətən, hüsrana uğramışlar. Onlar hidayətə çatmış (kəslər) deyildi.” Allah onlara “Hadi” ismiylə təcəlli etməmişdir.

“Deyirlər ki: “Əgər doğru danışanlardansansa, bu ifadə etdiyiniz müddət (vəd) nə zamanmış?” Hicri 1545-ci ildə (Allahu aləm) Qiyamət qopacaq, inşaAllah. Allah: bu vədə inanmayanlar; “reallaşdıqdan sonramı ona iman edəcəksiniz?” Qiyamət qopduqdan sonramı iman edəcəksiniz, Allah deyir. “İndimi? Halbuki siz, onun (əzabın) tez gəlməsini istəyirdiniz.” “Bu bir həqiqətmi?” Deyirlər ki: “Bu bir həqiqətdir?” İslam Birliyi, Mehdi (ə.s)-ın çıxışı, İsa Məsih (ə.s)-ın enişi, Qızıl Əsr “bu bir həqiqətdirmi?” deyə səndən soruşacaqlar. De ki: “Bəli, Rəbbimə and olsun ki, şübhəsiz, həqiqətdir və siz Allahı aciz buraxacaq deyilsiniz.” İslam Birliyini dayandıra bilməzsiniz.

“Əgər səni yalançı elan edərlərsə, onlara de ki: “Mənim etdiklərim mənim, sizin etdikləriniz sizindir. Siz mənim etdiklərimdən uzaqsınız, mən də sizin etdiklərinizdən uzağam.” Bu ayə demokratiyanın tərifidir. Demokratiyanı buzə Quran öyrədir. Allah nə deyir? “Əgər səni yalançı elan edərlərsə” səni qəbul etməzlərsə “onlara de ki: “Mənim etdiklərim mənim, sizin etdiklərin sizindir. Siz mənim etdiklərimdən uzaqsınız, mən də sizin etdiklərinizdən uzağam.” Bu qədər.

I “Onlardan səni dinləyənlər vardır. Amma heç eşitməyən (karlara) sənmi eşitdirəcəksən?” Allah deyir. Ruhsuz zombilərin “gözləri vardır görməz, qulaqları vardır eşitməz. Onları sən diri zənn edərsən, ölüdürlər” Allah deyir. Səhifəni izləyərlər, oxuyarlarda paylaşımları amma dərk etməzlər zombilər, bəziləri də fitnə çıxarmaq üçün takip edər. Arada guya səhv axtarar, ya da başqa lağ edərlər.

Allah deyir. “Karlara -üstəlik heç ağılları çatmırsa” baxın, Allah bir parça demir. “Heç ağıl çatdıra bilmirlərsə sənmi eşitdirəcəksən? Və sənə baxanlar vardır. Amma kordurlar, üstəlik bəsirətləri də yoxdursa- sənmi doğru yola çatdıracaqsan?” Tamamilə yox olmuşlar, Allah deyir. Onun üçün mən eyni mövzuları nə qədər izah etsəm də zombilər dərk etmirlər. Allah onların dərk etməməsinin səbəbini açıqlayır. “Onlar ölüdürlər, siz onları diri zənn edirsiniz” deyir. Onun üçün özünüzü yormayın, özünüzü üzməyin, səhv edərsiniz, bu, səhv olar, Allah deyir. Çünki biz daşa gedib bir şey izah etsək, daş tərpənməsə; bir insan ona da kədərlənsə, hirslənsə, bunun məntiqi varmı?