Dinə yaxınlaşarkən əsas meyar insanın öz vicdanı olmalıdır

Quran əxlaqına tabe olan mömin, din görünüşü altındakı başqa inanclar ilə həqiqi din arasındakı bariz fərqləri ayırd edər. Din haqqında çox sayda ön mühakimə meydana gəlmişdir. Lakin, dinə yaxınlaşarkən alınacaq əsas meyar, insanların din haqqında nə dedikləri deyil, insanın öz vicdanı olmalıdır. “İnsanların əksəriyyətinə” tabe olmağın insanı doğru yola aparmayacağı Quranda açıq şəkildə ifadə edilmişdir:

“Əgər yer üzündəkilərin çoxuna tabe olsan, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və yalan danışarlar.” (Ənam surəsi, 116)