İnsanların həyatı boyu nail olmaq istədikləri bir çox fərqli məqsəd və planları vardır. Bu məqsədlər ilk baxışda bir-birindən fərqli görünsə də, təməl bir məqamda birləşir. Bu əsas məqam insanların yaşadıqları həyatdan maksimum fayda əldə edərək xoşbəxt və hüzurlu həyat sürmələridir.
Nə qədər çox fayda əldə edilsə, buna uyğun olaraq xoşbəxtlik və rahatlıq da bir o qədər çox hiss olunacaq. Ancaq Allahın rizasını axtaran və axirəti istəyən dindar möminlərdən başqa insanlar bütün bu arzularını həyata keçirib hədəflərinə çatsalar da, nəticə yenə də dəyişmir. Allahdan uzaq yaşadıqlarına görə yenə də qəmgin və sıxıntılı həyat sürürlər.
