Dindən dönənlərin öldürülməsi

Qurandan kənar saxta şəriət sistemi

Qurandan kənar saxta şəriət sistemi ilə idarə olunan ölkələrin qəzəb və kinlərinin əsas qaynaqlarından biri həmin bu uydurma hədislərdir. İslamın hökmü kimi ortaya atılan belə bir qayda Quranda qətiyyən mövcud deyildir və Quran bu cür düşüncəni tamamilə qadağan edir. Quranda fikir və inanc azadlığını ifadə edən ayələrdən bəziləri belədir:

Dində məcburiyyət yoxdur… (Bəbqərə surəsi, 256)

Sizin dininiz sizə, mənim dinim də mənədir! (Kafirun surəsi, 6)

… Sən onları məcbur edən deyilsən… (Qaf surəsi, 45)

De: “Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir iman etsin, kim də istəyir inkar etsin”. (Kəhf surəsi, 29)

Əgər Rəbbin istəsə idi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları mömin olmağa sənmi məcbur edəcəksən? (Yunis surəsi, 99)

(Onlara) nəsihət ver! Sən yalnız nəsihətçisən. Sən onların üstündə hökmdar deyilsən. (Ğaşiyə surəsi, 21-22)

Quranda təsvir edilən İslam dinində hər kəs istədiyi inancı qəbul etmək azadlığına malikdir. Qurandakı dində müsəlman yalnız gözəl əxlaqı təbliğ etməklə məsuliyyət daşıyır. Hidayət Allahın əlindədir. Müsəlmanın vəzifəsi odur ki, insanlar inanıb-inanmasalar da, onlara qarşı şəfqətlə yanaşmalıdır. Müsəlmanı bir qatil kimi göstərməyə çalışanlar Qurandakı bu həqiqətin üstünü örtməyə çalışırlar.