Dində məcburiyyət yoxdur

Bir insana, hidayət olaraq endirilən İslam dinindən bəhs olunarsa, həmin şəxs öz istəyi ilə

Bir insana, hidayət olaraq endirilən İslam dinindən bəhs olunarsa, həmin şəxs öz istəyi ilə iman edər, heç bir təzyiq və məcburiyyət altında qalmadan qərar verər. İnsan doğrunu və ya yanlışı seçməkdə müstəqildir. Əgər yanlışı seçərsə, axirətdə bunun qarşılığını alacaq. Yəni qarşılığı verəcək olan insanlar deyildir, Allahdır.

Quranın bu mövzu haqqında belə buyurulub:

Dində məcburiyyət (zorakılıq) yoxdur. Doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edilmişdir. Artıq kim Tağutu (bütləri və ya şeytanları) inkar edib Allaha iman edərsə, o, heç vaxt qırılmayan ən möhkəm qulpdan yapışmış olar. Allah hər şeyi eşidəndir, biləndir! (Bəqərə surəsi, 256)

Müsəlman olmaq üçün dini və Allahı ağlı ilə qavramalı və qəlbən təsdiq etməlidir. Xidmət etdiyi zaman da, nə üçün etdiyini dərk etməlidir. İslam dini qəlbən qəbul edilməli, qəlbən istənməlidir. Allah dinin bu xüsusiyyətini Quranın bir çox ayəsində açıqlamışdır. Məsələn, namaz qılan bir insan namazını Allah üçün istəyərək və sevərək qılmalıdır və ya malından infaq edən (Allah yolunda xərcləmək) bir insanın bu ibadətinin Allah Qatında keçərli olması bu sədəqəni istəyərək və sevərək verməsindən asılıdır.

Buna görə də, dinin hökmlərinə riayət etmədiyi üçün bir insan cəzalandırılmamalı, ona bu hökmlərə uyması üçün gözəl sözlə təbliğ edilməlidir. İnsanlara dini yaşamaları üçün cəza və təzyiq edilsə, İslam deyil, münafiqlik yaranar. Təzyiq altında möminlər deyil, münafiqlər yetişər. Münafiqlik isə Allahın cəhənnəmin ən dərin yerinə layiq gördüyü olduqca rüsvayedici mövqedir. Müsəlmanlar münafiqliyə deyil, səmimi imana vəsilə olmalıdırlar. Bu da ancaq sevgi, ağıl və elmi dəlillərə əsaslanan izahatla mümkündür.

Peyğəmbərimiz dini təbliğ edərkən insanlar üzərində təzyiq yaratmırdı.

Bir ayədə ”Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın” (Kəhf surəsi, 29) deyə buyurulur və Rəbbimiz Peyğəmbərimizə ”Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən?” (Şuəra surəsi, 3) şəklində səslənmişdir. Qaf surəsində isə Allah elçisinə belə xəbərdarlıq edir:

“Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!” (Qaf surəsi, 45)

Bir başqa ayədə isə Peyğəmbərimizə insanları iman gətirmələri üçün məcbur etməməsi bu şəkildə bildirilmişdir:

“Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları mömin olmağa sənmi məcbur edəcəksən?” (Yunis surəsi, 99)

Əgər bir sistem insanları inanca və ibadətə məcbur edərsə, belə vəziyyətdə insanlar o sistemdən qorxduqları üçün “dindar” olarlar, daha doğrusu dindar kimi görünərlər. Dində doğru olan isə tamamilə sərbəst şəkildə vicdanlı şəkildə qərar verib Allah rizası üçün dinin yaşanmasıdır. Allah Ğaşiyə surəsində Peyğəmbərimizə belə buyurur:

“Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən. Sən onların üstündə hökmdar deyilsən. Lakin üz döndərib küfr edəni Allah ən şiddətli əzabla cəzalandırar. Şübhəsiz ki, onların dönüşü Bizədir. Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir.” (Ğaşiyə surəsi, 21-26)