21 aprel 1920-ci il tarixində Atatürkün yazdığı və bütün Türkiyəyə göndərdiyi Böyük Millət Məclisinin açılış bəyannaməsindən maddələr (Açılış 23 aprel 1920-ci il tarixində olub).
1) Allahın köməkliyi ilə aprelin 23-ü, cümə günü, cümə namazından sonra Ankarada Böyük Millət Məclisi açılacaq.
2) … Məclisin açılış gününün cümə gününə təsadüf etməsinin məqsədi o günün müqəddəsliyindən bəhrələnmək və Hacı Bayram məscidində cümə namazını açılışdan əvvəl millət vəkilləri ilə birlikdə qılmaq, Quran və dua nurlarından bəhrələnmək. Namazdan sonra əlimizdə Peyğəmbərimizin (s.ə.v) saqqalı və bayrağı ilə Məclis binasına gedəcəyik
3) O günün müqəddəsliyini gücləndirmək üçün bu gündən etibarən vali bəyin nizamlaması ilə xətm və muhayiri şərif oxunacaq. Xətmin son hissələri cümə namazından sonra Parlament binası qarşısında tamamlanacaq.
4) … cümə günü azandan əvvəl salavat çəkiləcək və xütbədə xəlifə padşahımızın adı deyilərkən, padşahımızın və torpaqlarımızın tezliklə qurtuluşu və xoşbəxtliyi üçün dua ediləcək. … Sonda xəlifə və padşahımızın, din və dövlətimizin, vətən və millətimizin qurtuluşu, xoşbəxtliyi və müstəqilliyi üçün dua ediləcək. … Hər tərəfdə cümə namazından əvvəl Mövludu-Şərif oxunacaq.
5) Uca Allahdan tam müvəffəqiyyət diləyirik.
Beş maddədən ibarət olan bu bəyannamənin hər bir maddəsi Atatürkün səmimi və dindar şəxsiyyətinin bariz ifadəsidir.
