Dindar Atatürk 4-cü hissə

1) 19-cu Diviziya komandiri polkovnik Şefik Aker: “Atatürk sol tərəfimdə idi. Onun ağzından çıxan bir pıçıltı diqqətimi cəlb etdi. Gördüm və başa düşdüm ki, o, pıçıltı ilə Allaha salamatlıq və müvəffəqiyyət üçün dua edir.” (İsmet Görgülü, Sesli Belgelerden M. Kemal Atatürk; “Atatürk Araştırma Merkezi” jurnalı, say 11, 1988-ci il)

2) Hafız Zeki Çağlarman: “Atatürkün bacısı Məkbulə xanımla uzun illər qonşuluq etmişik. Hər il Ramazan ayı yaxınlaşanda Atatürk bacısına deyirdi; “Məkbulə, Ramazan gəlir, anamız üçün Quran oxutdurmağı yaddan çıxarma” deyirdi… (Ercüment Demirer, Din, Toplum ve Kemal Atatürk, səh. 10)

3) Səbihə Gökçən (Atatürkün mənəvi qızı): Ata mənə “Allah böyük gücdür. Sən həmişə Ona inanmalısan” dedi və bu barədə uzun-uzadı izahat verdi. O zaman anladım ki, Atatürk haqqında deyilənlərin heç bir əsası yoxdur və bütün deyilənlərə baxmayaraq Ata dindardır.” (S. Arif Terzioğlu, Yazılmayan yönleriyle Atatürk, səh. 88-89)

4) “Türkiyə Respublikasında yetkinlik yaşına çatmış hər kəs öz dinini seçməkdə azad olduğu kimi, dini mərasim də sərbəstdir. Türkiyə Respublikasında hər kəs Allaha istədiyi kimi ibadət edər. Dini düşüncələrinə görə heç kimə heç nə edilə bilməz.” (Afet İnan, Medeni Bilgiler, səh. 470 (Rönesans, noyabr 1990-cı il, səh. 23))

5) 1938-ci il tarixində “Cümhuriyyət Xalq Partiyasının On beşinci ili” kitabında Atatürkün sağlığında qəbul edilmiş “dünyəvilik prinsipi” belə izah edilib: “Dünyəvilik elan edildiyi andan etibarən heç kəs ibadət etməyə məcbur edilə bilməz. Heç kəsin də vicdanının ilhamı ilə qəbul etdiyi ibadətinə mane ola bilməz.” (CHP 15. Yıl Kitabı, səh. 12-13)