1) “Böyük dinimiz deyir ki, çalışmayanın insanlığa heç bir faydası yoxdur. Bəziləri düşünür ki, mədəni olmaq kafir olmaqdır. Əsl kafirlik onların bu inanışlarıdır.” (Atatürk’ün S.D. cild 2, 1923-cü il, səh. 128)
2) “…Bizim uca dinimiz hər bir müsəlman kişi və qadına araşdırmağı fərz buyurur və hər bir müsəlman bu dinə bağlı olanları maarifləndirməyə borcludur.” (Atatürk’ün Söylev ve Demeçleri, cild 2, səh. 144)
3) “Din vicdan məsələsidir. Hər kəs vicdanın əmrlərinə tabe olmaqda azaddır. Biz də dinə hörmət edirik. Biz düşüncənin əleyhinə deyilik. Sadəcə, çalışırıq ki, dini işlərlə dövlət və millət işlərini qarışdırmayaq. Niyyət və fəaliyyətə əsaslanan mühafizəkar hərəkətlərdən çəkinirik.” (Dr. Utkan Kocatürk, Atatürk’ün Fikir ve Düşünceleri, Ankara,1971-ci il (Sadi Borak, Atatürk ve Din, 1962 (A. Gürtaş, səh. 34))
4) “Türk xalqı daha dindar olmalıdır. Demək istəyirəm ki, bütün sadəliyi ilə dindar olmalıdır. Dinimə; Şəxsən həqiqətə necə inanıramsa buna da elə inanıram. (Dinimiz) Şüura zidd və tərəqqiyə mane olan heç bir şey ehtiva etmir.” (11 fevral 1924-cü il tarixli Moris Pernoya (Maurice Perno) verdiyi müsahibədən. (Atatürk’le konuşmalar, “Cümhuriyyet” qəzetinin əlavəsi, səh. 111))
5) “Siyasətimizi, dinə zidd olması bir tərəfə, din cəhətdən əksik belə hiss edirik.” (11 fevral 1924-cü il tarixli Moris Pernoya (Maurice Perno) verdiyi müsahibədən, “Akşam” qəzeti, (“Cumhuriyyet” qəzetinin əlavəsi, Atatürk’le Konuşmalar, səh. 111, aprel 2000-ci il)
