1) “Din insanların qidasıdır. Dinsiz adam boş ev kimidir. İnsanı kədərləndirər… Bu dinlərin sonuncusu təbii ki, ən mükəmməlidir. İslam dini hər şeydən üstündür.” (Niyazi Ahmet Banoğlu, Nükte ve Fıkralarla Atatürk, səh. 196)
2) “Bizdə ruhanilik sistemi yoxdur. Biz hamımız bərabərik və dinimizin əmrlərini bərabər şəkildə öyrənməyə borcluyuq.” (Atatürk’ün SD, cild 2, səh. 90 (Türk Tarihi TSK ve Atatürkçülük, səh. 318))
3) “Türklər öz dinlərinin nə olduğunu bilmirlər. Buna görə də, Quran türkcə olmalıdır.” (Osman Ergin, Türk Maarif Tarihi, 5/1957 (A. Gürtaş, səh. 41))
4) “Dünyəvi hökumət anlayışından dinsizlik mənasını çıxarmağa çalışan saxtakarlara fürsət verməyin.” (Osman Pazarlı, Sosyoloji, Lise III, İstanbul, 1979-cu il)
5) “Bizim dinimiz millətimizə dəyərsiz, miskin, alçaq olmağı tövsiyə etmir.” (Atatürk’ün S.D. Cild 2, 1923-cü il, səh. 92)
