Dindar Atatürk 1-ci hissə

1) “… Əlhəmdulillah, hamımız müsəlmanıq, hamımız dindarıq….” (16 mart 1923-cü il, Adana Türk Ocağı, tacir və sənətçilərlə görüş)

2) 7 fevral 1923-cü il tarixli Zağanos Paşa məscidindəki çıxışından: “Ey insanlar! Allah birdir. Şanı böyükdür. Allahın salamı, bərəkəti və xeyri üzərinizə olsun.”

3) Atatürkün gündəliyindən: Cümə axşamı, 9 mart 1922-ci il, Sivrihisar “Saat 8 radələrində (axşam) İsmət Paşa gəldi. Əvvəlcə yemək yedik. Yeməkdən sonra martın 10-na olan iş qrafikini qərarlaşdırdıq. Siyasi vəziyyətlə bağlı məlumat verdim. Bundan sonra hafizə Quran oxutdurduq.”

4) “Əgər dinimiz ağla və məntiqə uyan din olmasaydı, mükəmməl olmazdı, son din olmazdı.” (Atatürk SD; cild II, səh. 66-67)

5) “Mən ilk növbədə Quranın dilimizə tərcümə olunmasını istədim. İlk dəfə türkcəyə tərcümə olunur. Hz. Məhəmmədin (s.ə.v) həyatına dair bir kitabın tərcümə olunmasını da əmr etdim.” (Fethi Naci, Atatürk’ün Temel Görüşleri, səh. 55)