Dinsiz bir mühitdə əvvəlcə ailə anlayışı ortadan qalxar. Ailəni meydana gətirən sədaqət, vəfa, bağlılıq, sevgi və hörmət kimi dəyərlər tamamilə yox olar. Unudulmamalıdır ki, ailə cəmiyyətin təməlidir və əgər ailə dəyərləri çökərsə cəmiyyət də çökər. Bu səbəbdən, dövlət və millət olmağın bir mənası qalmaz, çünki dövləti və milləti meydana gətirən bütün mənəvi dəyərlər dağılmış olar.
Həmçinin, dinsiz cəmiyyətlərdə heç kimin başqasına hörmət, sevgi və mərhəmət hiss etməsi üçün bir səbəb qalmaz. Bunun nəticəsində isə sosial anarxiya meydana gələr. Zənginlər kasıblara, kasıblar zənginlərə kinli olar, əlillərə və ya möhtac olanlara qarşı qəzəb meydana gələr. Müxtəlif etnik qruplara qarşı təcavüzkar olar, işçilər müdirlərinə, müdirlər işçilərinə, ata oğula, oğul ataya qarşı təcavüzkarlaşar.
Bəzi ölkələrdə davamlı qan tökülməsinin və qətl xəbərlərinin səbəbi dinsizlikdir. Bu xəbərlərdə insanların hər gün gözlərini qırpmadan və çox adi səbəblərdən bir-birini öldürdükləri təsvir olunur.
Halbuki, axirətdə hesab verəcəyini bilən bir insan başqa bir insanın üzünə silah tuşlayıb onu öldürə bilməz. O, Allahdan qorxar və pis hesablaşmadan çəkinər. Allah Quranda insanlara fitnə-fəsad törətməyi belə qadağan etmişdir:
Yer üzü islah edildikdən sonra orada fitnə-fəsad törətməyin! Həm qorxaraq, həm də (mərhəmətini) ümid edərək Allaha dua edin! Şübhəsiz ki, yaxşılıq edənlərə Allahın mərhəməti çox yaxındır. (Əraf surəsi, 56)
İntiharların bu qədər yayılmasının təməlində də dinsizlik vardır. İntihar edən əslində cinayət işləmiş olur.
Amma Qurana bağlı bir insan bunu qətiyyən etməz, belə bir düşüncəni bir an olsun ağlından belə keçirməz. İnanan bir insan ancaq Allah rizası üçün yaşayar və Allahın özünə dünyada verdiyi hər cür çətinlik və sıxıntı qarşısında səbir edər. Və bu səbrin qarşılığını həm dünyada, həm də axirətdə qat-qat çox alacağını unutmaz.
Dinsiz cəmiyyətlərdə oğurluq da çox geniş yayılar. Oğurluq edən adam əşyasını oğurladığı adama necə bir əziyyət verdiyini düşünməz. Qarşısındakı adamın 10 illik əməyini 1 gecədə götürüb gedər, o adamın nə qədər zərər çəkmiş olacağını heç nəzərə almaz. Qarşısındakı adama acı verdiyi kimi özü də vicdan əzabı ilə acı çəkər. Əgər vicdan əzabı çəkmirsə bu, onun üçün daha da pisdir. Çünki bu, o deməkdir ki, belə bir insan hər cür əxlaqsızlığı edəcək bir vəziyyətə düşüb.
Dinsiz cəmiyyətlərdə qonaqpərvərlik, insanların bir-biri üçün fədakarlıq etməsi, həmrəylik və əliaçıqlıq kimi dəyərlər tamamilə ortadan qalxar. Hər şeydən əvvəl, insanlar bir-birini guya meymundan təkamül etmiş varlıqlar kimi gördüyü üçün bir-birinə insan kimi dəyər verməzlər. İnsan meymundan təkamül etdiyini düşündüyü başqa bir insana xidmət etməz, onu qonaq etməz, ona gözəlliklər təqdim etmək istəməz. Bu düşüncədə olan insanlar bir-birinə dəyər verməzlər. Heç kim başqasının sağlamlığını, dincliyini, rahatlığını düşünməz. İnsanlara bir zərər toxunmasından narahat olmaz, buna mane olmağa çalışmaz. Məsələn, xəstəxanalarda ölmək üzrə olan insanlar uzun müddət xərəklərdə qalar və heç kim onlarla maraqlanmaz. Yaxud son dərəcə sağlam olmayan və natəmiz şəraitdə fəaliyyət göstərən bir restoranın sahibi bunun orada yemək yeyən insanların sağlamlığına vuracağı zərəri düşünməz. Ancaq öz qazanacağı pulun dərdinə düşər. Bunlar gündəlik həyatda tez-tez qarşılaşılan bir neçə nümunədir. Buradakı vacib məntiq odur ki, insanlar yalnız bir fayda müqabilində bir-birlərinə yaxşı davranmağa razıdırlar. Halbuki, Quran əxlaqında insanlar bir-birinə Allahın qulu olaraq dəyər verirlər. Yaxşılıq etməkdə heç bir şəxsi mənfəət güdməz, əksinə, yaxşı işlər görərək və xeyir işlərdə yarışaraq daim Allahın razılığını qazanmağa çalışarlar.

