Din olmayan cəmiyyətdə insanlar hər cür əxlaqsızlığa meyilli olarlar. Məsələn, dindar bir insan axirətdə hesabını verəcəyini bildiyi üçün qətiyyən rüşvət almaz, qumar oynamaz, qısqanclıq etməz, yalan danışmaz. Amma dinsiz bir insan bunların hamısını etməyə meyillidir. Bir insanın “mən dinsizəm, amma rüşvət almıram” və ya “mən dinsizəm, amma qumar da oynamıram” deməsi yetərli olmaz. Çünki Allah qorxusu olmayan və axirətdə hesab verəcəyinə inanmayan bir insan, mühit və ya şərtlər dəyişdiyində bunlardan hər hansı birini asanlıqla edə bilər.
“Dinsizəm, amma fahişəlik etmirəm” deyən bir insan fahişəliyin normal qarşılandığı bir yerdə fahişəlik edə bilər. Və ya rüşvət almadığını deyən bir insan əgər Allahdan qorxmursa “oğlum xəstədir, ölmək üzrədir, onun üçün rüşvət almaq məcburiyyətindəyəm” deyə bilər. Dinsizlikdə oğurluq belə bəzi hallarda qanuni görülə bilər. Məsələn, belə insanlar otellərdən, əyləncə yerlərindən dəsmal və ya dekorativ əşyalar almağı oğurluq hesab etməyə bilərlər.
Halbuki, dindar bir insan bu cür əxlaqsızlıq göstərməz. Çünki Allahdan qorxar və Allahın, niyyətini də, düşüncələrini də bildiyini unutmaz, səmimi davranar və günah etməkdən uzaq durar.
Dindən uzaq bir insan “Dinsizəm amma, bağışlayanam, intiqam və ya kin hissi duymaram” deyə bilər. Amma bir gün elə bir hadisə olar ki, hövsələdən çıxar və ən gözlənilməyəcək hərəkəti edər. Bir insanı öldürməyə, yaralamağa çalışar. Çünki üzərində daşıdığı əxlaq mühitə, şərtlərə, yerə görə dəyişən əxlaqdır.
Halbuki, Allaha və axirətə inanan bir adam şərtlər və vəziyyət nə olursa olsun, gözəl əxlaq göstərməkdən qətiyyən imtina etməz. Əxlaqı “dəyişkən” deyil, “sabit” olar. Allah dindar insanların üstün əxlaqını ayələri ilə xəbər vermişdir:
Onlar Allaha verdikləri vədi yerinə yetirən və əhdi pozmayan kimsələrdir. Onlar Allahın birləşdirilməsini əmr etdiyini birləşdirər, Rəbbindən çəkinər və pis (çətin) haqq-hesabdan qorxarlar. Onlar Rəbbinin rizasını istəyərək səbir edər, namazı qılar, onlara verdiyimiz ruzidən gizli və aşkar (Allah yolunda) xərcləyər və pisliyi yaxşılıqla dəf edərlər. (Dünya) yurdunun (gözəl) aqibəti məhz onlarındır. (Rad surəsi, 20-22)
