Din olmazsa əxlaq necə olar?

Din olmayan cəmiyyətlərdə insanlar hər cür əxlaqsızlığa meyilli vəziyyətə gəlirlər. Məsələn, dindar bir insan axirətdə hesabını verəcəyini bildiyi üçün qətiyyən rüşvət almaz, qumar oynamaz, qısqanclıq etməz, yalan danışmaz. Amma dinsiz bir insan bunların hamısını etməyə meyillidir. Bir insanın “mən dinsizəm, amma rüşvət almıram” və ya “mən dinsizəm, amma qumar da oynamıram” deməsi kifayət deyil. Çünki Allah qorxusu olmayan və axirətdə hesab verəcəyinə inanmayan bir insan mühit və ya şərtlər dəyişdikdə bunlardan hər hansı birini asanlıqla edə bilər. “Dinsizəm, amma fahişəlik etmirəm” deyən bir insan fahişəliyin normal qarşılandığı bir yerdə fahişəlik edə bilər. Və ya rüşvət almadığını söyləyən bir insan əgər Allahdan qorxmursa “oğlum xəstədir, ölmək üzrədir, onun üçün rüşvət almaq məcburiyyətindəyəm” deyə bilər. Dinsizlikdə oğurluq belə bəzi mühitlərdə qanuni görülə bilər. Məsələn, belə insanlar özlərinə otellərdən, əyləncə yerlərindən dəsmal və ya dekorativ əşyalar götürməyi oğurluq hesab etməyə bilərlər.

Halbuki, dindar bir insan belə bir əxlaqsızlıq göstərməz. Çünki Allahdan qorxar və Allahın niyyətini də, düşüncələrini də bildiyini unutmaz, səmimi davranar və günahdan uzaq durar.

Dindən uzaq bir insan “Dinsizəm amma, bağışlayanam, intiqam və ya kin hissi duymaram” deyə bilər. Amma bir gün elə bir hadisə olar ki, hövsələdən çıxar və ən gözlənilməyəcək rəftarı göstərər. Bir insanı öldürməyə, yaralamağa çalışar. Çünki üzərində daşıdığı əxlaq, mühitlərə, şərtlərə, yaşanılan yerə görə dəyişən bir əxlaqdır.

Halbuki, Allaha və axirətə inanan bir adam şərtlər və mühit nə olursa olsun, gözəl əxlaq göstərməkdən qətiyyən güzəştə getməz. Əxlaqı “dəyişən” deyil, “sabit” olar. Allah dindar insanların üstün əxlaqını ayələri ilə xəbər vermişdir:

Onlar Allaha verdikləri vədi yerinə yetirən və əhdi pozmayan kimsələrdir. Onlar Allahın birləşdirilməsini əmr etdiyini birləşdirər, Rəbbindən çəkinər və pis (çətin) haqq-hesabdan qorxarlar. Onlar Rəbbinin rizasını istəyərək səbir edər, namazı qılar, onlara verdiyimiz ruzidən gizli və aşkar (Allah yolunda) xərcləyər və pisliyi yaxşılıqla dəf edərlər. (Dünya) yurdunun (gözəl) aqibəti məhz onlarındır. (Rad surəsi, 20-22)