Din Olmazsa Əxlaq Necə Olar?

Din olmayan cəmiyyətlərdə insanlar əxlaqsızlıqlara daha meyilli ola bilərlər. Dindar insan axirətdə hesab verəcəyini bildiyi üçün rüşvət almaz, qumar oynamaz, yalan danışmaz və qısqanclıq etməz. Dinsiz insan isə bunları etmədiyini söyləsə belə, mühit və şərtlər dəyişdikdə asanlıqla fərqli davrana bilər.

Məsələn, əxlaqsızlığı normal qarşılandığı mühitdə bunu edə, övladı xəstə olduqda rüşvət almağı özünə haqq qazandıra və bəzi əşyaları oğurluq saymaya bilər. Çünki Allah qorxusu və axirət məsuliyyəti olmayan insanın əxlaqı şəraitə görə dəyişə bilər.

Eyni şəkildə, “bağışlayanam, kin saxlamaram” deyən insan da ağır bir hadisə qarşısında özünü itirib gözlənilməz rəftar göstərə bilər. Halbuki Allaha və axirətə inanan insan şərtlər nə olursa olsun, gözəl əxlaqından güzəştə getməz. Onun əxlaqı mühitə görə dəyişməz, sabit qalar. Allah dindar insanların üstün əxlaqını ayələri ilə xəbər vermişdir:

O kəslər ki, Allaha verdikləri sözü yerinə yetirir və əhdi pozmurlar. O kəslər ki, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri qovuşdurur (qohumluq və qardaşlıq əlaqələrini möhkəmlədir), Rəbbindən qorxur və pis haqq-hesabdan çəkinirlər. O kəslər ki, Rəbbinin Üzünü diləyərək səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. Onlar üçün Axirət yurdu-Ədn bağları hazırlanmışdır. (Rad surəsi, 20-22)

blank