Din nə üçün lazımdır?

Allahın varlığına inanan bir insanın ilk etməli olduğu, özünə bir “heç ikən” can verən, yaşadan, yedizdirən, içizdirən, can sağlığı verən Yaradıcımız olan Allahın əmrlərini, məmnun olacağı şeyləri öyrənmək olmalıdır. Daha sonra da bütün həyatını Allahın əmrlərinə tabe olaraq və Allahın razılığını axtararaq keçirməlidir. Allahın razı olacağı əxlaqı, davranışları və həyat formasını bizə göstərən isə dindir. Allah Quranda dinə uyan insanların doğru bir yol üzərində olacaqlarını, digərlərinin isə azğınlığa düşəcəklərini xəbər vermişdir:

Allah kimin qəlbini İslama açmışsa, o, Rəbbindən bir nur üzrə deyilmi?! Allahı zikr etməyə qarşı qəlbi sərtləşmiş olanların vay halına! Onlar açıq-aydın bir azğınlıq içindədirlər. (Zumər surəsi, 22)