Allahın varlığına inanan bir insanın ilk edəcəyi şey, onu “heç ikən” can verən, yaşadan, yedizdirən, içizdirən, sağlamlıq verən Yaradıcımız olan Allahın əmrlərini, razı olacağı şeyləri öyrənmək olmalıdır. Daha sonra da bütün həyatını Allahın əmrlərinə tabe olaraq və Allahın razılığını axtararaq keçirməlidir. Allahın razı olacağı əxlaqı, davranışı və həyat formasını bizə göstərən isə dindir. Allah Quranda dinə uyan insanların doğru yol üzərində olacağını, digərlərinin isə azğınlığa düşəcəklərini xəbər vermişdir:
Allah kimin qəlbini İslama açmışsa, o, Rəbbindən bir nur üzrə deyilmi?! Allahı zikr etməyə qarşı qəlbi sərtləşmiş olanların vay halına! Onlar açıq-aydın bir azğınlıq içindədirlər. (Zumər surəsi, 22)
