Din qətiyyən elmə zidd deyil. Elm Allahın sənətini görmək üsuludur. Həm dini, həm də elmi Allah yaratmışdır, buna görə də ikisi arasında hər hansı bir uyğunsuzluq və ya ziddiyyətin olması mümkün deyil. Allahın 1400 il əvvəl yer üzünə nazil etdiyi Quranda bəzi elmi izahlar var və bunlar yalnız XX əsr texnologiyası ilə kəşf edilmiş bəzi elmi faktlardır. Dinin elmə zidd olması iddiası, Allahı inkar edənlərin insanların zehnində dinə qarşı şübhə yaratmaq üçün irəli sürdüyü bir yalandır.
Din ilə elm bir-biriylə uyğundur.

