İnsanların bir çoxunun din haqqındakı bilgiləri uşaqlıqlarından etibarən ətraf mühitlərindən aldıqları təlqinlərlə yoğrulub. Dini əsl mənbəyindən, yəni Qurandan öyrənmədikləri üçün də din adı altında bir çox xurafata, əsassız inanca qapılırlar. Bu inancların ən təhlükəlilərindən biri isə dini yaşamağın çətin olduğu şəklindəki həqiqətə uyğun olmayan inancdır. Tarix boyu, dini özündən kənarlaşdırmağı məqsəd qoyan və dinin yaşanmasına maneə yaratmaq üçün müxtəlif üsulları sınayan şəxslər dinə bir çox çətinlik və xurafat qatmağa çalışmışlar. Öz törətdikləri əməllər üzündən bilərək və ya bilməyərək insanların dindən uzaqlaşmalarına səbəb olmuşlar. Halbuki, Allahın Quranda bildirdikləri və Peyğəmbərimizin sünnəsi bizə dinin yaşanmasının səmimi insanlar üçün çox asan olduğunu öyrədir.
Rəbbimizin şəfqət və mərhəməti olaraq əsrlər boyu göndərilmiş bütün haqq dinlər hər zaman çox asan tətbiq oluna bilən hökmlərə sahib olmuşdur. Çünki Allah insanlar üçün daim asanlıq diləmişdir və “… Allah, sizə asanlıq diləyər, çətinlik diləməz…” (Bəqərə surəsi-185) ayəsi ilə bu həqiqəti xəbər vermişdir. Allahın sərhədlərinə təslim olan bir insan eyni zamanda yaradılışına ən uyğun olan gözəl həyatı yaşayan insandır. Bu həqiqəti bilməyən bəzi insanlar isə din əxlaqının sərhədləri qalxdığı təqdirdə daha rahat yaşayacaqlarını, məsələn əxlaqi dəyərlərə əhəmiyyət vermədikləri zaman azad olacaqlarını düşünürlər. Ya da dinin həyatlarını çətinləşdirəcək bəzi məhdudiyyətlər gətirəcəyini zənn edirlər. Halbuki bütün bunlar sadəcə yanılmadır. Çünki Allahın dinini yaşamaq, insanlara əmr etdiklərini yerinə yetirmək çox asandır. Əsl çətin olan, Allahın bildirdiyi sərhədləri tanımayan insanlardan ibarət olan bir cəmiyyətdə yaşamaqdır. Belə bir həyatın sonu çox pis nəticələrlə bitir. Əvvəla, din əxlaqından uzaq yaşayan cəmiyyətlərdə və ya dinsiz insanların həyatlarında daim xaos, qarışıqlıq, narahatlıq, qorxu, bədbəxtlik və stress vardır. Allahdan qorxmayan bir insan hər cür əxlaqsızlığı edir və heç bir mövzuda sərhəd tanımır. Belə bir həyatda insanlar bir-birlərinə qarşı fədakarlıq göstərmir, sevgi, hörmət bilmir, maddi və mənəvi dəstək vermirlər. Buna görə də belə bir həyat heç vaxt heç bir insana xoşbəxtlik gətirmir. Din əxlaqının sərhədləri qalxdığı zaman insanın dinclik tapacağı mühitin tam tərsi meydana gəlir və şeytanın istədiyi kimi cəhənnəmə bənzər bir mühit meydana gəlir.

