Allaha inanan və Ona itaət edən insanlar, həyatlarını Allahın Qurandakı tövsiyələrinə uyğun olaraq təşkil edərlər. Din əxlaqını yaşayan insan vicdanının göstərdiyi doğrulara uyaraq həyatını davam etdirər və içindəki mənfi səs olan nəfsinin pis olaraq əmr etdiyi hər şeydən imtina edər. Allah insanları dini yaşamaq fitrəti ilə yaratdığını da Quranda belə bildirir:
Allahın insanları yaratdığı fitrət üzrə hənif olaraq üzünü dinə (İslama) çevir! Allahın (insanları fitrət üzrə) yaratmasında heç bir dəyişiklik yoxdur. Doğru din budur! Lakin insanların çoxu bunu bilmir. (Rum surəsi, 30)

