Din əxlaqını yaşamağa başlayan insan özündə nələri dəyişdirməlidir?

Dini əxlaqını yaşamağa başlayan bir insan üçün, Allahın əmrlərinə əməl etməkdən və ibadətlərini yerinə yetirməkdən əlavə, özündə edəcəyi ən vacib dəyişiklik, həmişə vicdanına uyğun gözəl əxlaqla yaşamaqdır. Hər bir insanın dini tanımadan əvvəl öyrəşdiyi bir xarakteri və həyat tərzi ola bilər. Lakin din əxlaqını yaşamağa başladıqda, Allahın rizası naminə yaxşı vərdişlərini davam etdirməli və Qurana uyğun olmayan cəhətlərdən dərhal imtina etməli, Quran əxlaqını mənimsəməlidirlər. (

Möminlər arasında ayrı bir dünyagörüşü, həyat tərzi və ya fərqli baxışlar yoxdur. Yeganə meyar Quran və Sünnədir və nümunə alınacaq kəslər də, başda Peyğəmbərimiz (s.ə.v) olmaqla Allahın Quranda nümunə olaraq göstərdiyi elçilər və saleh möminlərdir.