Din əxlaqını izah etməyin qarşılığında insanlardan bir qarşılıq gözləmək olarmı?

Möminlər din əxlaqını Allahın razılığını qazanmaq və Quranın bu mövzudakı hökmünü yerinə yetirmək məqsədilə təbliğ edərlər. Bunun müqabilində isə Allahın razılığı və cənnəti istisna olmaqla, dünyəvi heç bir qarşılıq gözləməzlər.

Bütün peyğəmbərlər də ömürlərinin sonuna qədər bu uğurda böyük səy göstərmiş, lakin din əxlaqını izah etdikləri insanlardan heç bir şəkildə dünyəvi qarşılıq istəməmişlər. Hər bir peyğəmbər göndərildiyi qövmə ilk növbədə özlərindən heç bir qarşılıq gözləmədiyini vurğulamışdır. Quranda peyğəmbərlərin göstərdikləri bu üstün əxlaq belə nümunə göstərilmişdir:

“Artıq Allahdan qorxun və mənə itaət edin. Buna qarşılıq mən sizdən heç bir mükafat istəmirəm; Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.” (Şuəra surəsi, 179-180)